2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tullantılar artıb

2020-ci ildə Azərbaycanda 3 mln. 486.5 min ton tullantı əmələ gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) aprelin 19-da yaydığı məlumata görə, bu, əvvəlki illə müqayisədə 6.4 faiz çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

DSK bildirir ki, onların 67.4 faizini bərk məişət tullantıları, 32.6 faizini isə müəssisələrin fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib: “Ötən il yaranmış 2 mln. 350 min ton bərk məişət tullantılarının 74.5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0.5 faizi isə ölkə daxilində satılıb”.

DSK qeyd edir ki, müəssisələrin fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0.1 faiz az və ya 317.2 min ton təhlükəli tullantı yaranıb. Tullantıların ümumi miqdarında onların payı 9.1 faiz olub.

24 saat” “Tullantılar artıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button