2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə parlamentinin sədri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib – YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, TBMM sədri Türkiyə səfirliyinin Bakıdakı nümayəndə heyəti ilə birgə Türk Şəhidliyi abidəsi önünə əkil qoyub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb.

Türkiyə Parlamentinin sədri burada xatirə dəftərini imzalayıb.

Xatırladaq ki, Numan Kurtulmuş TBMM-in sədri vəzifəsinə seçildikdən sonra ilk dəfədir Azərbaycana səfərə gəlib.

TBMM-nin sədri bu gün rəsmi şəxslərlə görüşəcək, həmçinin TÜRKPA katibliyi ziyarət edəcək.

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Report” xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button