Dünya

Türkiyəyə F-16-ların satışına yol açılır?

ABŞ Nümayəndələr Palatası Türkiyəyə F-16 qırıcılarının satılmasını bir neçə şərtlərə bağlayan qanun düzəlişini ləğv edib.

TRT-nin xəbərinə görə ABŞ Nümayəndələr Palatası və Senatın birgə bəyanatında deyilir ki, sözü gedən düzəlişin 2023-cü ilin hərbi xərclər qanunundan çıxarılmasına dair ikipartiyalı və ikipalatalı razılaşma əldə olunub.

2023-cü il üçün Milli Müdafiə Büdcəsinə dair qanunun Senatdan və Nümayəndələr Palatasından elə bu ay keçəcəyi gözlənilir.

Qanun bundan sonra prezident Co Bayden tərəfindən imzalanmaq üçün Ağ Evə göndərilməlidir.

Türkiyə Lockheed Martin şirkətinin istehsalı olan 40 ədəd F-16 qırıcısının alınması üçün Birləşmiş Ştatlara oktyabr ayında müraciət etmişdi.

Ankara bundan başqa ABŞ-dan özünün F-16 donanmasının modernləşdirilməsi üçün 80 ədəd modernləşdirmə dəsti istəyib.

Vaşinqton indiyədək bu ricanın icrasına dair suallara cavab verməkdən yayınıb və bildirib ki, bu sifariş standart silah satışı prosedurlarından keçməlidir.

Lakin ən önəmlisi budur ki, Bayden administrasiyası F-16 qırıcılarının Türkiyəyə satılmasının ABŞ-ın milli təhlükəsizlik marağında olduğu qənaətdindədir.

Administrasiya hətta bu xüsusda Konqresə məktub da göndərmişdi.

Ərdoğanın xəbərdarlığı

BulgarianMilitary.com ekspert saytı xatrıladır ki, Türkiyəyə F-16 qırıcılarının satışına məhdudiyyət qoyulmasının əsas səbəbi onun Amerika istehsalı təyyarələrlə Yunanıstanın hava sərhədini pozmasına dair iddialar idi.

Bundan əvvəl Ankara bu prosesin uzanması ilə bağlı narazılığını bildirmişdi.

Prezident Recep Tayyip Ərdoğan demişdi ki, Türkiyə lazım gələrsə döyüş təyyarələrini başqa ölkələrdən də ala bilər:

“Birləşmiş Ştatlar döyüş təyyarələri satan yeganə ölkə deyil. Birləşmiş Krallıq, FransaRusiya da bunları satır. Bu təyyarələri başqa yerlərdən də almaq olar və bu barədə bizə artıq siqnallar da gəlir”.

Türkiyənin öz yerli istehsalı

BulgarianMilitary.com saytı yazır ki, Türkiyə özünün F-16 donanmasının modernizasiyasına artıq başlamışdı.

Ankara F-16-lar üçün özünün AESA radar sistemini yaradıb. Məqalədə deyilir ki, Türkiyə ABŞ istehsalı olan göy-yer, göy-göy raketlərini də tədricən öz istehsalı olan raketlərlə əvəzləmək niyyətindədir.

Bu raketlər Türkiyənin Roketsan şirkətində istehsal olunur.

Bu da qeyd olunur ki, ötən müddət ərzində Türkiyənin Qərb istehsalçılarından asılılığı azalmağa başlayıb.

24 saat” “
Türkiyəyə F-16-ların satışına yol açılır?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ Şərqi Avropaya qoşun yığır! Rusiyanı hiddətləndirəcək addım

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button