2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyə udsa, yoxsa, uduzsa…

Azərbaycan və bölgə hər iki variantdan necə təsirlənəcək

Seymur Həzi

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Suriyada Rusiya və Bəşər Əsədlə üz-üzədir. Ankara Moskva ilə siyasətini tam tarazlaya bilmədiyi üçün onunla gah yan-yana, gah da üz-üzə durmaq məcburiyyətində qalır.

Ancaq son vaxtlar yanaşı durmaq imkanları getdikcə aradan qalxır. Liviyada üsyançı general Həftara verdiyi dəstəkdən sonra Kreml iki cəbhədə Ankara ilə qarşı-qarşıya gəldi. Təkcə Ankaraylamı? Belə qəbul etmək çətindir. Çünki Ankara özünün bir sıra taktiki addımları ucbatından bu gün təklənmiş görünsə də, bölgədə Qərb blokunun təmsilçisidir və hələ ki bu rəsmiyyət pozulmayıb. Yəni Rusiya həm Liviyada, həm də Suriyada NATO üzvü Türkiyə ilə toqquşur. NATO Rusiyanın Türkiyənin İdlibdəki  hərbi qərargahına hava hücumlarından sonra Ankaraya tam dəstək verəcəyini bəyan etdi, amma hələ real bir addım yoxdur. Görünür, hansısa xırdalıqların dəqiqləşməsinə ehtiyac var. Məsələn, Qərb blokunun ən böyük hərbi alyansı istəyir ki, Türkiyə və Rusiya arasındakı savaş açıq müstəviyə keçsin. Yəni Türkiyə öz əsgərlərinə hücumların birbaşa Rusiya tərəfindən həyata keçirildiyini bəyan etsin. Türkiyənin hələ ki buna hazır olmadığını görürük. Biz Ankaranın niyə bu cür davrandığına dair konkret bilgilərə sahib deyilik. Ancaq görünən odur ki, Türkiyə özünün regional gücünü qoruyub saxlamaq üçün bu münaqişəyə kimi Rusiya ilə yaxınlaşdığı qədər Qərblə də uzaqlaşmaq istəyir. Yəni özü bölgədə müəyyən qədər əli-qolu açılmış oyunçu olmaq fikrindədir. Qərb isə ehtiyatlanırki, Rusiya daha da irəli gedə bilər və Aralıq dənizi hövzəsində həlledici təsirini bərqərar edər. Buna görə də risk etmək də istəmir. Moskva isə hələ ki, geri çəkilmək niyyətində deyil və Şərqi Avropada itirdiklərinin əvəzini Yaxın Şərqdə almaq arzusundadır.

Bu dəfə münaqişəyə tamam fərqli kontekstdə yanaşmaq istəyirik; Türkiyə Suriyada udsa və ya uduzsa, bizim üçün hansı üstünlükləri, yaxud fəsadları ola bilər? Beləliklə, biz həm də onu nəzərə almalıyıq ki, Qafqaza nəzarət məsələsində də Türkiyənin iddiaları var və konkret ölkələrdə Rusiyadan daha təsiredici rola malikdir.

Türkiyə uduzarsa…

Türkiyənin Suriyada geriləməsi onun Kremllə toqquşduğu digər regionlardan da sıxışdırılmasına səbəb ola bilər ki, bu da Rusiyanın yeni imkanlar əldə etməsi deməkdir. İlk növbədə Ankaranın Qarabağ münaqişəsində Azərbaycana verdiyi və ya verəcəyi dəstək xeyli dərəcədə azala bilər. Vəziyyətdən asılı olaraq, hətta dəstək imkanını itirə bilər. Tarixdə bu cür hallara rast gəlmişik və Türkiyənin Suriyadakı yenilgisi onun Qafqazdakı təsirinin azalmasına gətirib çıxaracaq. Çünki Suriyada, Liviyada olduğu kimi, Qafqazda da Türkiyənin qarşısında Rusiya var. Ermənistanla hərbi ittifaqda olan Rusiya Türkiyə üzərində hər hansı üstünlük əldə edərsə, bu həm də bizim əbədi təbii müttəfiqimizin təsirinin azalması mənasına gələcək. Üstəlik, belə vəziyyət həm də müstəqilliyimiz üçün təhdidlər yaradacaq. İran daim Azərbaycanda aranı qızışdırmağa, buraya yeni bir “köhnə ideya” ixrac etməklə müstəqilliyi sarsıtmağa fürsət axtarır. Rusiya isə bütövlükdə özünü ölüyə dua oxumaqdan pul qazanan ruhani kimi aparır, yəni heç bir real sülh, barışıq nəinki planlamır, heç  arzulamır da. Çünki onun regionda varlığı münaqişələrdən asılıdır.

Türkiyənin mövqelərinin zəifləməsi Gürcüstan üçün də ciddi təhdidlər yaradacaq. Türkiyə Gürcüstanla həmsərhəddir, qonşu ölkəyə ciddi sərmayə qoyub və orada yaşayan Borçalı türklərinin sosial həyatında bu amil az rol oynamır. Türkiyə ilə yaxınlaşan Gürcüstan öz türk-müsəlman əhalisinə daha həssas yanaşmağa məcbur olur.

Türkiyə udarsa…

Türkiyə Suriyadan qalib çıxarsa, bu, region üçün çox böyük uğur deməkdir. Qarabağ məsələsində Azərbaycanın əli güclənəcək. İstər diplomatik, istərsə də hərbi istiqamətdə Türkiyə daha həlledici təsirə malik olacaq. Rusiyanın Suriyada geriləməsi onun daxilində yeni problemlər, milli zəmində ziddiyyətlər yaradacaq. Gürcüstan və Azərbaycanla yaxın olan Türkiyə isə Cənubi Qafqazda daha rahat olacaq və Ermənistan təklənəcək. Bu isə bizim mövqelərimizin güclənməsi deməkdir. Eyni zamanda, Əfqanıstan uğursuzluğu bir nümunə kimi göstərib ki, Rusiya belə məğlubiyyətlərdən sonra siyasi böhran yaşayır. Bu təbiidir, çünki militarizmdən güc alan idarəçilik hərbi məğlubiyyətdən sonra çöküş yaşamağa məhkumdur. Yəni Rusiyada siyasi böhran qaçılmaz olacaq.

Pressklub.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button