2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə və ABŞ prezidentləri Qarabağ məsələsini müzakirə edəcəklər

Bakı/12.10.21 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə digər məsələlər arasında Qarabağ mövzusunu da müzakirə edəcək. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “Milliyyət” qəzetinə müsahibəsində bildirib.

İki ölkə liderinin görüşü oktyabrın 30-31-də Romada “Böyük iyirmilik” sammiti çərçivəsində baş tutacaq.

“Birləşmiş Ştatlarla əlaqələrimiz genişdir. Prezidentlər ikitərəfli siyasi və iqtisadi münasibətlər, energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi və digər regional və qlobal məsələləri müzakirə edəcəklər. Biz istəyirik ki, iki strateji tərəfdaş və müttəfiq həmin məsələləri müsbət gündəmdə müzakirə etsin. Razılığımız olmayan məsələlər danışıqlar və dialoq yolu ilə həll edilməlidir”, – o deyib.-16D06-

Saytların yığılması Saytlarin yigilmasi

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button