2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşetXəbərlər

Türkiyəli nazirdən xəbərdarlıq – yenidən çevriliş edəcəklərini deyirlər

Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik bu axşam Twitter mikrobloqundan verdiyi üstüörtülü mesajıyla diqqət mərkəzinə çevrilib. 24saat.org həmin tvitin tərcüməsini təqdim edir:

“Çevriliş tərəfdarı qatillər hələ də milləti təhdid edir. Buna qarşılıq olaraq küçələri, meydanları ağızbaağız dolduraq. Uniformasına xəyanət etmiş qatillər adından danışan biri yenidən “çevriliş edəcəyik” deyir. Hər kəs meydanlara! Millətinə xəyanət edən, millətinə silah çəkən qatillər hələ də təhdid yağdırır. Bunlara lazım olan cavabı meydanlarda verək! Bütün evlər, bütün küçələr, bütün meydanlar çevriliş istəyən qatillərə qarşı səs versin.

tvit

Saytların yığılması Saytlarin yigilmasi

Təhdid bitənə qədər meydanlardayıq

Vətən və namus keşiyi davam edir! Ruhunu şeytana satmış çevrilişçi qatillərə qarşı meydan-meydan vətən keşiyinə tələsirik. Bu ölkəni pozğun bir dini anlayışa söykənən hərbi diktatorluq qurmaq istəyənlərə dar edək. Meydanlara daha güclü çıxıaq. Əziz millətimiz, Müqəddəs millətim düşmən təhdidi ilə qarşı-qarşıyadır. Təhdid tamamilə bitənə qədər meydanlardayız. Bu milləti kimsə məğlub edə bilməz. Çevrilişçi qatillərə qarşı səsimizi meydanlarda daha gur çıxacaq! Meydanları ağzınadək doldururuq. Böyük millətimiz dünya demokratiya tarixini yenidən yazır. Tarix yazan bu millətə halal olsun! ”

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button