Dünya
Türkiyə hava məkanımıza nəzarət edəcək – Rusiya
Türkiyə və Finlandiya mütəxəssisləri Rusiya hava məkanında müşahidə uçuşları həyata keçirəcək.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin sədri Sergey Rıjkov deyib.
“Açıq Səma” sazişi çərçivəsində 13-17 iyun tarixləri arasında Türkiyəyə məxsus SN-235 təyyarəsinin Rusiyaya səfər edəcəyini deyən Rıjkov bu təyyarələrin silahla təchiz edilmədiyini bildirib.
Qeyd edək ki, Türkiyə fevral ayında hava məkanında Rusiyanın müşahidə uçuşları aparmasına icazə verməmişdi.