Rusiyanın Ukraynaya hücumlarında enerji şəbəkələrinin intensiv hədəfə alınması səbəbindən ölkə çətin günlər yaşamağa başlayıb. Ukraynanın elektrik enerjisi şirkəti Ukrenerqo tərəfindən verilən açıqlamada, aktiv elektrik şəbəkələrində həddindən artıq sıxlıq səbəbindən planlı elektrik kəsilməsindən fövqəladə elektrik kəsilməsinə keçildiyi açıqlanıb. Buna uyğun olaraq bildirilib ki, Ukraynanın paytaxtı Kiyevdə, eləcə də Çerniqov, Çerkasi, Jitomir, Sumi, Xarkov və Poltavada səhər saat 6-dan elektrik enerjisi kəsilib. Açıqlamada, saatlıq kəsilmələrin gündəlik olaraq proqramlaşdırıldığı, elektrik şirkətinin işçilərinin isə problemlərin aradan qaldırılması üçün 24 saat çalışdığı bildirilib.
Agentlik həmçinin xatırladıb ki, şəbəkələrə yükü azaltmaq, enerji sisteminin daimi balansını təmin etmək və şəbəkələrin Rusiya raket hücumları və dron hücumları nəticəsində zədələndikdən sonra təkrar nasazlıqların qarşısını almaq üçün belə məhdudiyyətlər lazımdır. Bundan əlavə, Ukraynanın elektrik enerjisi şirkəti elektrik enerjisinin qəfil kəsilməsindən əziyyət çəkməmək üçün ukraynalılara liftdən istifadə etməməyi tövsiyə edib, lakin elektrik enerjisinin hansı rayonlara çatdırılacağı ilə bağlı siyahı dərc etməyib. (İHA)
Tərcümə“24 SAAT”