2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Uçot dərəcəsinin qaldırılması nəyi dəyişəcək?

Mərkəzi Bank 8 avqustdan etibarən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

İqtisadçı Vüqar Bayramov Modern.az-a açıqlamasında uçot dərəcəsinin artırılacağının gözlənilən olduğunu deyib:

Saytların yığılması Saytlarin yigilmasi

 

“Mərkəzi Bankın intervensiya dərəcəsinə uyğun olaraq uçot dərəcəsini qaldırmaqda məqsədi manatla yığımlara təsir göstərməkdir. Baş bank tərəfindən uçot dərəcəsinin mütəmadi olaraq artırılması məhz bununla bağlıdır.

 

Uçot dərəcəsinin qaldırılması uyğun bölüşdürülən kreditlər, manatla yığımlar üzrə faizin artırılması deməkdir. Praktik olaraq bu, yığımlara, eyni zamanda mərkəzləşdirilmiş kredit resurslarının həcminə və faizinə təsir göstərəcək. Bununla belə uçot dərəcəsinin 9, 5 faizə qaldırılması manatla yığımlarda kəskin dəyişikliklərin gözlənildiyi anlamına gəlmir.

 

Bu, Mərkəzi Bankın depozit hərraclarına təsir göstərə bilər. Amma kommersiya banklarının, əhalinin manatla yığımlarına ciddi təsiri gözlənilmir”.

 

V.Bayramov bildirib ki, uçot dərəcəsinin artırılması ilə yanaşı mili valyutaya inamın formalaşdırılmasına ehtiyac var:

 

“Çünki, son dövrlərdə dollarlaşma prosesi kəskin artıb. Bu konteksdən artırılmış uçot dərəcəsi vətəndaşların, şirkətlərin, kommersiya banklarının manatla yığımlarına təsir göstərəcək.

 

Məqsədlərdən biri manatla yığımların artırılması və manatla depozitləri təşviq etməkdən ibarətdir. Çünki, nə qədər çox ödəniş ediləcəksə, manat artacaq.

Həm də Mərkəzi Bank bu addımı atmaqla inflyasiyaya uyğunlaşmağa da çalışır. Amma bunu maliyyə və valyuta bazarında ciddi dəyişikliklərə səbəb olacağını proznozlaşdırmaq mümkün deyil”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button