2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna Mariupoldan evakuasiyaya ümid edir

Ukraynanın sərt müqaviməti Moskvanın ərazi ələ keçirməsini məhdudlaşdırıb, “Rusiya qüvvələri ciddi itki verib”

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna həftələrlə mühasirədə qalmış Mariupol liman şəhərindən dinc sakinləri çıxaracağına ümidini bildirib.

“Dinc sakinlərin zavoddan çıxarılması üçün bu günə (29 aprel) əməliyyat planlaşdırılıb”, – Prezident Volodimir Zelenski Mariupoldakı nəhəng Azovstal polad zavodu haqda belə deyib.

Zavodda 2 minədək ukraynalı döyüşçünün və minədək dinc sakinin qaldığı bildirilir.

Ötən gün BMT-nin Baş katibi Antonio Quterreş paytaxt Kiyevdə olarkən Rusiya şəhərə zərbə endirib. Zelenski deyib ki, bu zərbələr Rusiyanın BMT kimi qurumlara sayğısızlığını göstərir və zərbələrə “müvafiq güclü reaksiya verilməlidir”.

1 nəfər ölüb, 10 nəfər yaralanıb

Kiyevin meri Vitali Kliçko Telegramda- yazıb ki, zərbələr bir nəfərin həyatına son qoyub, 10 nəfər yaralanıb.

Həlak olan isə AzadlıqRadiosu-nun müxbiri Vira Hiriçdir. Zərbə endirilmiş yaşayış binasının video və fotolarında binanın aşağı mərtəbələrinə böyük ziyan dəydiyi görünür.

Azovstal-dan öncəki evakuasiya cəhdləri alınmayıb.

BMT-nin Böhranlar üzrə koordinatoru Amin Avad aprelin 29-da “Reuters”ə deyib ki, “biz bütün tərəflərin xoş niyyətindən asılıyıq”.

Ukraynanın mərkəzi Dnepropetrovsk vilayətinin qubernatoru Valentin Rezniçenko aprelin 29-da iki şəhərə Rusiyanın Qrad raketlərinin düşdüyünü bildirib. İtki, yaxud ziyan barədə məlumat verilmir.

Donbas döyüşləri

Moskvanın Ukraynaya səbəbsiz təcavüzündə hazırkı strateji məqsədi ölkənin şərqinə nəzarəti təmin etməkdir. Bunu aprelin 29-da Britaniyanın Müdafiə Nazirliyi bildirib.

Britaniya kəşfiyyatı gündəlik bülletenində Luhansk vilayətindəki Lisiçansk və Severodonetsk şəhərlərində ağır döyüşlər getdiyini, Rusiya qüvvələrinin Donetsk vilayətindəki Slovyanska doğru irəliləməyə çalışdığını qeyd edir.
Ancaq bülletendə vurğulanır ki, Ukraynanın sərt müqaviməti Moskvanın ərazi ələ keçirməsini məhdudlaşdırıb, “Rusiya qüvvələri ciddi itki verib”.

Ukrayna ötən həftədən ölkənin şərqində bəzi şəhər və kəndlərə nəzarəti itirdiyini etiraf etsə də, Moskvanın böyük itki verdiyini vurğulayır.

“Bizim ciddi itkilərimiz var, amma rusiyalıların itkiləri daha böyükdür… Onlar nəhəng itkilər veriblər”, – prezidentin meşaviri Aleksey Arestoviç deyib.

24 saat” “
Ukrayna Mariupoldan evakuasiyaya ümid edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button