Manşet
“Ukrayna nə qədər lazımdırsa, o qədər də mübarizə aparacaq”
![Rusiya Minskdə danışıqlara hazır olduğunu deyir](https://www.az24saat.org/wp-content/uploads/2022/02/Rusiya-Minskdə-danisiqlara-hazir-oldugunu-deyir.png)
“Nə qədər vaxt aparsa da, ölkəni xilas etmək üçün mübarizə aparacağıq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.
O bildirib ki, uşaqlar artıq sığınacaqlarda doğulubsa, şübhəsiz, müharibədə düşmənin şansı yoxdur: “Ukraynalıların ölkəni müdafiə istəkliliyi işğal ssenarisini pozdu. Ölkə azad olunana qədər mübarizə aparacağıq”.
Zelenski ölkəsini tərk etməsi ilə bağlı məlumatı təkzib edib: “Mən buradayam və silahlarımızı yerə qoymayacağıq. Dövlətimizi qoruyacağıq. Çünki silahımız həqiqətdir. Həqiqətimiz isə bu torpaqlar, ölkə və uşaqlar bizimdir. Biz bütün bunları qoruyacağıq”.