Dünya
Ukraynada 5,5 bal gücündə zəlzələ baş verib
Ukraynanın Odessa vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
“RİA Novosti” xəbər verir ki, yeraltı təkanların episentri Rumıniyanın Vrança bölgəsində, ocağı isə 4 km dərinlikdə yerləşib.
Zəlzələ Ukraynanın cənubunda yerləşən bir çox yaşayış məntəqələrində hiss edilib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
virtualaz.org