2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Ukraynada girov götürülən azərbaycanlı iş adamları azad olunub

Ukraynada girov götürülən iki azərbaycanlı biznesmen azad edilib.

 Ukraynanın Xerson şəhərində bir müddət əvvəl naməlum şəxslər tərəfindən evinin qarşısından qaçırılan 32 yaşlı Təbriz adlı azərbaycanlı iş adamı bu yaxınlarda pul müqabilində azad olunub.
İş adamının azad olunması müqabilində ödənilən məbləğ açıqlanmır.
Həmçinin, bu ilin yanvar ayında Ukraynanın İrpen şəhərində qaçırılan 40 yaşlı Sakit adlı əslən Azərbaycandan olan iş adamı da azad olunub.
Hər iki iş adamının azadlığı müqabilində ödənilən məbləğ açıqlanmasa da, həmin vəsaitin yüksək olduğu bildirilir.
Qeyd edək ki, hər iki azərbaycanlı Ukrayna vətəndaşıdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov son dövrlər Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib.
Müraciətdə azərbaycanlılara qarşı, o cümlədən Xaçmaz rayonunda anadan olmuş Abdulla Abdullayevin Pokrovsk şəhərində qəsdən öldürülərək külli miqdarda pulunun ələ keçirilməsi, həmin şəhərdə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Şahin Bəylərova məxsus iki ədəd avtomobilin partladılması, Donetsk vilayətində İlqar Aşurovun oğurlanaraq qəsdən öldürülməsi və külli miqdarda pulunun və avtomobilinin ələ keçirilməsi, Xerson vilayətində sahibkar Təbriz Ələkbərovun xüsusi amansızlıqla qətlə yetirilməsi və sair törədilmiş cinayətlər qəti şəkildə pislənərək, ayrı-ayrı şəxslər tərəfindən yol verilmiş bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub.(Report)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button