Loading...
Loading...
ÖLKƏDünya

Ukraynada ‘partizan’ müharibəsi xəbərdarlığı. Danışıqlar gözlənir

Luqanskın separatçı lideri martın 27-də bildirib ki, Rusiyaya qoşulmaq üçün tezliklə regionda referendum keçirə bilər

Ukrayna hərbi kəşfiyyatının başçısı deyir ki, Rusiya ölkəni ikiyə parçalayacağına ümid edir. Prezident Volodimir Zelenski qərbdən ölkəsinin müdafiəsi üçün əlavə qırıcılar istəyib.

General Kirilo Budanov martın 27-də bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onun ölkəsini 2-ci Dünya müharibəsindən sonra Koreya yarımadası kimi parçalamaq istəyir.

“Tam partizan” müharibəsi

Bu bəyanatdan bir neçə gün öncə Rusiya bəyan edib ki, hərbi strategiyasını dəyişir, Ukraynanın şərqindəki Donetsk və Luqansk regionlarına fokuslanır. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Budanovun sözlərinə görə, Ukrayna Rusiya qüvvələrinin çıxarılması və ölkənin ərazi bütövlüyünün təmin olunmasından ötrü “tam partizan” müharibəsi aparacaq.

Rusiya Ukrayna ilə sərhədə 150 minədək əsgər yığaraq fevralın 24-də ölkəni işğal edib. Bundan iki gün öncə separatçıların Donetsk və Luqanskdakı qondarma “respublikalar”ını tanıyıb. Kreml bu keçmiş sovet ölkəsini öz təsir dairəsinə almağa çalışır.

Ukrayna silahlı qüvvələri, mülki müdafiə dəstələri və könüllülər Rusiya əsgərlərinə sərt müqavimət göstərirlər, hətta bəzi şəhərləri geri almaları haqda xəbərlər gəlib. Qərb Ukraynaya silah yardımı göstərir. Amma NATO Kiyevin təkidli xahişlərinə baxmayaraq, münaqişəyə müdaxilə etməyib, Ukrayna səmasını da bağlamayıb.

“Onların cəsarətinin 1%-i olsaydı…”

Hazırda Donetsk regionunda strateji Mariupol şəhərində ağır döyüşlər getdiyi bildirilir. Bu şəhərin itirilməsi Ukraynanın Donetski müdafiə etməsinə böyük zərbə olacaq.

Rusiya Ukrayna səmasına nəzarət edir, ölkənin hərbi və mülki infrastrukturunu vurur.

Qərb Ukraynaya MiG qırıcıları göndərməkdən imtina edir, bunun Rusiyanı münaqişənin sərhədlərini genişləndirməyə təhrik edəcəyindən ehtiyatlanır.

“Bu gün Mariupolu müdafiə edənlərlə danışdım. Onlarla daimi kontaktdayam. Onların qətiyyəti, qəhrəmanlığı və möhkəmliyi heyrətamizdir”,Zelenski videomüraciətində deyib.

“31 gündür bizə onlarla qırıcı və tankı necə verməyi götür-qoy edənlərdə onların cəsarətinin 1%-i olsaydı”, – deyə Zelenski Qərblə bağlı düyib.

Danışıqlar

Bu gün – martın 28-də Türkiyədə Ukrayna-Rusiya danışıqlarının növbəti raundu keçirilməlidir. Zelenski danışıqlar öncəsi ölkəsinin ərazi bütövlüyü məsələsini vurğulayıb.

Ukraynanın danışıqlarda prioriteti “suverenlik və ərazi bütövlüyü” olacaq, o deyib.

Türkiyə Prezidenti Receb Tayyib Ərdoğan martın 27-də rusiyalı həmkarı Putinlə telefon söhbətində danışıqlara ev sahibliyi etməyə razılaşıb. Ərdoğan atəşkəsə və humanitar şərtlərin yaxşılaşdırılmasına çağırıb.

Tərəflər arasında üzbəüz danışıqların martın 28-də, yaxud 29-da başlanacağı gözlənir.

Luqansk referendumdan danışır

Britaniya kəşfiyyatının martın 28-də yaydığı məlumata görə, Rusiya qüvvələri son 24 saat ərzində ciddi irəliləyiş əldə etməyiblər. Rusiyanın Mariupol yaxınlığında möhkəmləndiyi bildirilir.

Gözdən qaçırmayın:  Azərbaycanın ilk prezidenti vəfat edib

Luqanskın separatçı lideri isə martın 27-də bildirib ki, Rusiyaya qoşulmaq üçün regionda tezliklə referendum keçirə bilər. 2014-cü ildə Rusiya Krımı da oxşar referendumla ilhaq etmişdi.

24 saat” “
Ukraynada ‘partizan’ müharibəsi xəbərdarlığı. Danışıqlar gözlənir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button