Xəbərlər

Ukraynadan son xəbərlər – Gecə Kiyevdə baş verən toqquşmalarda…

Ukraynadan son xəbərlər: Kiyevin meri Kliçko Rusiya qüvvələrinin şəhərə yaxınlaşması ilə əlaqədar vətəndaşlara bazar ertəsi səhərə qədər evdən çıxmamaq barədə tapşırıq verib.

“24 saat” xəbər verir ki, şənbə günü saat 15:00-da tətbiq edilən komendant saatı yerli vaxtla bazar ertəsi saat 06:00-a qədər qüvvədə olacaq.

Səlahiyyətlilər xəbərdarlıq edib ki, çölə çıxanların hamısı “düşmənin təxribat qruplarının üzvləri sayılacaq”.

Böyük Britaniyanın Müdafiə Nazirliyi (MN) də Rusiya diversantlarının Kiyevdə olduğu ehtimal edildiyini bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzünün üçüncü gündə işğalçı qüvvələr paytaxt və digər şəhərləri artilleriya və raketlərlə atəşə tutub.

Bununla belə, Qərb kəşfiyyat mənbələri işğalçıların planladıqları qədər irəliləyiş əldə etmədiyinə dair sübutlar paylaşıb.

“Rusiyanın irəliləyiş sürəti, ehtimal ki, kəskin logistik çətinliklər və Ukraynanın güclü müqaviməti nəticəsində müvəqqəti olaraq zəifləyib”, – MN tvitində bildirib.

Rusiya qüvvələri Ukraynanın əsas yaşayış məntəqələrindən yan keçməklə yanaşı, onları mühasirəyə almaq və təcrid etmək üçün dversantlar yerləşdirir.

“Gecə Kiyevdə baş verən toqquşmalarda çox güman ki, məhdud sayda əvvəlcədən yerləşdirilmiş Rusiya təxribat qrupları iştirak edib”.

Nazirlik əlavə edib ki, Kiyevin ələ keçirilməsi Rusiyanın əsas məqsədi olaraq qalır.

Kiyevdəki son hücumları göstərən xəritə
Kiyevdəki son hücumları göstərən xəritə

ABŞ mənbələrinin məlumatına görə, Rusiya indiyədək Ukrayna hədəflərinə əsasən qısa mənzilli 250-dən çox raket atıb, onlardan bəziləri mülki infrastrukturu vurub.

Şənbə günü səhər saatlarında Kiyevdə yaşayış binası raketlə vurulub və nəticədə ən azı beş mərtəbəli bina boyda çuxur yaranıb. Sakinlərin əksəriyyətinin sığınacaqlarda olduğu güman edilir.

Prezident Vladimir Zelenski Ukraynanın Kiyevdə, eləcə də cənubda Odessa və şimal-şərqdə Xarkovda rus qoşunları ilə döyüşdüyünü, lakin paytaxtın hələ də Ukraynanın əlində olduğunu deyib.

“İşğalçılar dövlətimizin mərkəzini tutmaq istəyirdilər”, – prezident bildirib. “Biz onların planını pozduq.”

Son məlumatlar belədir:

  • Ukrayna şiddətli döyüşlərdən sonra ölkənin şimalındakı Xarkov şəhərinə hücumu dəf etdiyini bildirib, lakin yaxınlıqdakı Oxtırkanın atəşə tutulması çoxlu itkilərə səbəb olub.
  • Səhiyyə naziri deyir ki, işğal indiyədək 198 ukraynalının ölümünə səbəb olub
  • Rusiya cənubdakı Melitopol şəhərini ələ keçirdiyini bildirib
  • BMT-nin hesablamalarına görə, son 48 saat ərzində 120 min insan Ukraynanı tərk edib.
  • Fransa polisi Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyaları pozmaqda şübhəli bilinən Rusiya bayrağı altında üzən yük gəmisini saxlayıb.
  • Almaniya münaqişə zonalarına silah ixracını qadağan edən uzunmüddətli siyasətinə dəyişiklik edərək, Ukraynaya 1000 tank əleyhinə raket silahının verilməsini qəbul edib
  • Qərb analitiklərinin hesablamalarına görə, Rusiyanın ilkin hücumunda işğal ərəfəsində sərhəddə topladığı 150 mindən çox əsgərin təxminən yarısı iştirak edib.
  • BBC-nin müdafiə müxbiri Jonathan Beale deyir ki, Rusiya artilleriya və hava hücumlarından gözlənildiyi qədər intensiv istifadə etməyib.
Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button