2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Ukraynanın BMT səfiri Putini Hitlerə bənzədən bəyanat verib

Sergi Kislitsya deyib ki, Putin bu vəziyyətdə 1945-ci ilin mayında “bunkerdəki adamın etdiyini etməlidir”.
Ukraynanın BMT-dəki səfiri Rusiya prezidenti Vladimir Putinin ölkəsinin nüvə silahlarını xüsusi hazırlıq vəziyyətinə gətirmək əmri ilə əlaqədar bəyanat verib.
Putin müdafiə rəsmilərinə deyib ki, bu tədbirə Qərbin aqressiv bəyanatlarına cavab olaraq əl artılır.
Moskva bununla bağlşı konkret olaraq Britaniya xarici işlər naziri Liz Trassın davakar bəyanatlarını nəzərdə tutduğunu bildirib.
Fevralın 28-də BMT Baş Assambleyasının təcili sessiyasında Ukrayna səfiri Sergi Kislitsya Putinin nüvə hədələrini pisləyib.
O deyib ki, Putin bu vəziyyətdə 1945-ci ilin mayında “bunkerdəki adamın etdiyini etməlidir”.
Bununla da diplomat Almaniya diktatoru Adolf Hitlerin intihar etdiyinə işarə edib.
O bildirib ki, Kremlin “mənəvi ataları üçüncü reyxi təmsil edirlər”.
Bundan başqa Ukrayna tərəfi Baş Assambleyanı Rusiyanın Təhlükəsizlik Şurası üzvlüyündən xaric edilməsinə çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynanın xüsusi təcililik qaydasında Avropa İttifaqına üzv qəbul edilməsi üçün Brüsselə müraciət edib.

24 saat” “
Ukraynanın BMT səfiri Putini Hitlerə bənzədən bəyanat verib
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button