Dünya

Ukraynanın şərqində, cənubunda ağır döyüşlər gedir

Son 24 saat ərzində Sumı, Xarkov, Zaporojye, Luqansk və Donetskə raket və artilleriya zərbələri endirilib

Ukraynanın şərqində və cənubunda ağır döyüşlərin getdiyi bir vaxtda Rusiya əsgərlərinin tərk etdiyi Xerson şəhərində hərbi cinayətlərə yeni dəlillərin aşkarlandığı bildirilir. Bu arada Xersonda komendant saatı tətbiq olunur, rəsmilər minaların, pusquların dinc sakinlərə yaratdığı təhlükəylə bağlı xəbərdarlıq edirlər.

Prezident Volodimir Zelenskinin sözlərinə görə, təhqiqatçılar Rusiya işğalından azad olunmuş ərazilərdə yüzlərlə hərbi cinayət aşkarlayıblar.

“Rusiyanın 400-dən artıq hərbi cinayəti sənədləşdirilib. Öldürülmüş dinc sakinlərin və hərbçilərin meyitləri aşkarlanıb”, Zelenski noyabrın 13-də videomüraciətində bildirib.

Rusiya ordusu digər vilayətlərdə olduğu kimi vəhşilik izləri buraxıb”, – o söyləyib.

Bu iddiaları müstəqil təsdiqləmək mümkün olmayıb. Rusiya əsgərlərinin dinc sakinləri bilərəkdən hədəfə almadığını deyir.

Zelenski Xerson vilayətində 226 yaşayış məntəqəsində “sabitləşmə yaratdığını, qanunu bərpa etdiyini” bildirib. Müdafiə Nazirliyi son bir həftədə Dnepr çayı boyunca 179 məntəqəyə, 4 min 500 kv kilometr əraziyə nəzarəti bərpa etdiyini bildirir.

Şərq cəbhəsində, Donetsk və Luqansk vilayətlərində isə ağır döyüşlər gedir. Zelenskinin sözlərinə görə, şərqi Donetsk vilayətində həlledici döyüşlər “son günlərdəki kimi intensiv şəkildə” davam edir.

Son 24 saat ərzində Sumı, Xarkov, Zaporojye, Luqansk və Donetskə raket və artilleriya zərbələri endirilib, Zelenski söyləyib.

Xerson vilayətinin qubernatoru Yaroslav Yanuşeviç bildirib ki, hakimiyyət axşam 5-dən səhər 8-dək komendant saatı tətbiq etmək, adamların şəhərə giriş-çıxışını qadağan etmək qərarına gəlib.

“Düşmən kritik infrastrukturun hamısını minalayıb. Bir neçə günə yığışacaq, sonra şəhəri açacağıq”, – deyən qubernator əhaliyə şəhərin mərkəzi Azadlıq Meydanına humanitar yardım gətiriləcəyi haqda onlayn xəbərlərlə bağlı xəbərdarlıq səsləndirib. O, minalardan təmizləmə əməliyyatları getdiyi bir vaxtda əhalini şəhər mərkəzindən uzaq durmağa çağırıb.

Zelenski də Xerson sakinlərinə Rusiya minalarıyla bağlı xəbərdarlıq edib, vilayətdə vəziyyətin təhlükəli olduğunu deyib.

Rusiya rəsmilərinin qoşunları Dnepr boyunca geri çəkməsi Ukraynanın son aylar apardığı əkshücum əməliyyatı üçün böyük uğurdur.

Ağ ev noyabrın 12-də Rusiyanın Xersondan çıxmasını Ukrayna üçün “qeyri-adi uğur” adlandırıb.

24 saat” “
Ukraynanın şərqində, cənubunda ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Netanyahuya İsraildə hökuməti qurmaq tapşırılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button