2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ülvi Həsənli ilə bağlı apelyasiya şikayəti təmin edilmədi

Sayt direktoru məqsədli şəkildə ofisinə pul qoyulduğunu deyib

“AbzasMedia”nın direktoru Ülvi Həsənli də həbsdə qaldı. Onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilməsiylə bağlı Xətai Rayon Məhkəməsinin qərarından vəkili apelyasiya şikayəti vermişdi. Həmin şikayətə noyabrın 27-də Bakı Apelyasiya Məhkəməsində Anar İbrahimovun sədrliyilə baxılıb.

Ülvi Həsənli heç bir cinayət törətmədiyini, qaçaqmalçılıq ittihamının absurd olduğunu, rəhbərlik etdiyi “AbzasMedia”nın korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirib. O vurğulayıb ki, “AbzasMedia”nın ofisindən 40 min avro olmayıb. Məqsədli şəkildə ora atılıb. Onun sözlərinə görə, istintaq orqanı da bunu yaxşı bilir və həmin vəsaitin ora necə gəlib çıxmasını araşdırmır.

Saytların yığılması Saytlarin yigilmasi

Onun vəkili Zibeydə Sadıqova da müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb. Vəkil bildirib ki, Ülvi Həsənli haqqında həbs qərarı əsassızdır. O, həbsdə saxlanılmadan da istintaq aparıla bilər.

Müstəntiq isə buna etiraz edib. O, Ülvi Həsənli haqqında həbs qətimkan tədbirinin dəyişməməsini, Xətai Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Anar İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Ülvi Həsənlinin ev dustaqlığına buraxılması üçün yaxın günlərdə Xətai Rayon Məhkəməsinə vəsatət veriləcək.

Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb. Daha sonra günorta saatlarında “AbzasMedia”nın ofisində axtarış aparılıb və oradan 40 min avro pul tapıldığı iddia olunub.

Ardınca noyabrın 21-nə keçən gecə saytın baş redaktoru Sevinc Vaqifqızı hava limanında – ölkəyə qayıdarkən elə təyyarədə saxlanılıb.

Həm Sevinc Vaqifqızı, həm də Ülvi Həsənlinin evində axtarış aparılıb. Evlərdən qanunsuz heç bir əşya tapılmadığı məlum olub.

Ülvi Həsənli ofisdən tapıldığı iddia edilən 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu deyir.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Saytın direktor müavini Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub. Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button