2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ülvi Həsənliyə təcridxanada təzyiq edildiyi bildirilir

“Abzas Media” mətbu orqanının direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənlinin təhdidlərə məruz qaldığı deyilir. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 11-də “Turan” informasiya agentliyi onun yaxınlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyəti qadağan ediblər. Bütün bunlar onun Ombudsmana müraciətindən sonra baş verib. Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, “vəziyyəti pisləşəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Xatırladaq ki, Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib. Ülvi Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri “Abzas Media”nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button