Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Un və çörəyi bahalaşdırdılar

Son bir həftədə unun qiymətinin qalxacağı ilə bağlı səslənən ehtimallar özünü doğruldub. Bu gün, avqustun 18-də Azərbaycanın bəzi regionlarda unun qiyməti artıb.

Şikayətçilərin sözlərinə görə, ən çox işlənən əla növ “Karmen” ununun 50 kiloqramlıq kisəsi bəzi rayonlarda 44, bir sıra rayonlarda da 40 manata yüksəlib.

İmişlidə yaşayan Zahid Ağaşov bildirir ki, son günlər unla bağlı qeyri-müəyyənlik olub: “İlin əvvəlində 50 kiloqramlıq un kisəsi 28 manatdan 36-ya qalxmışdı. Bundan sonrakı vaxtlarda tədricən 39 manata çatdı. Son günlərdə unun kisəsinin qiyməti 1 manat artmışdı. Bu gün, avqustun 18-də səhər 40 manata gördüyüm un kisəsi günorta 44 manat oldu. İndiyədək 50 qəpiyə aldığım çörəyin də qiyməti 10 qəpik artaraq 60 qəpik olub. Satıcılar deyirlər ki, bu, hələ real qiymət deyil”.

Şirvan şəhərində çörəkbişirmə sexlərindən birinin adının açıqlanmasını istəməyən sahibi deyir ki, son bir neçə gündə unun qıtlığına səbəb dövriyyəyə keyfiyyətsiz məhsulun buraxılması olub: “Həmişə aldığımız dəyirmandan elə un vermişdilər ki, çörək bərk alındı. Müştərilərimiz şikayətləndi ki, ondan xoş olmayan iy gəlir. Demə hər yerdən şikayət varmış. Sakitcə gəlib unu bütün sexlərdən və satış nöqtələrindən yığışdırıb apardılar. Bax həmin günlərdə bazarda un kasad idi. Axşam televizorda deyildi ki, unun bahalaşması gözlənilmir, kifayət qədər ehtiyatımız var. Bəs nə oldu?!”.

Baş verənlərə, hələlik, dəyirmanlardan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bugünlərdə rəsmilər ölkədə kifayət qədər taxıl ehtiyatının olduğunu, bahalaşma baş verməyəcəyini söyləyirdilər. Hərçənd bəzi rayonlardan un qıtlığı ilə bağlı məlumatlar gəlməkdə idi.

Baş verənlərə, hələlik, dəyirmanlardan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bugünlərdə rəsmilər ölkədə kifayət qədər taxıl ehtiyatının olduğunu, bahalaşma baş verməyəcəyini söyləyirdilər. Hərçənd bəzi rayonlardan un qıtlığı ilə bağlı məlumatlar gəlməkdə idi.

24 saatUn və çörəyi bahalaşdırdılar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  “1 dollar 94 qəpik olmalıdır” – “Biq Mak” indeksi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button