2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

“Unibank”ın depozitləri böyüyüb, faiz xərcləri artıb

“Unibank KB” ASC-nin depozit portfelinin həcmi 2023-cü ilin ilk yarımilində artmaqla 1 mlrd. üzərinə çıxıb ki, bu da bankın faiz xərclərini yüksəldib.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az xəbər verir ki, bu barədə bankın rüblük hesabatında qeyd edilir.

Bankın depozit portfeli qeyd edilən müddət ərzində 114.62 mln. manat və ya 11.6% artımla 1 mlrd. 104.37 mln. manata yüksəlib.

Bank 2023-cü ilin ilk yarısında depozitlər üzrə müştərilərinə 13.04 mln. manat faiz ödənişləri edib. Bu, illik 18% artımdır.

Qeyd edək ki, “Unibank” fiziki şəxslərin manatda depozit yerləşdirmələri üçün TOP3 ən yuxarı illik faiz gəliri təklif edən bankdır. Banker.az-ın bank məhsulları üçün nəzərdə tutulan kredit.banker.az bölməsindəki monitorinqə əsasən bank iyulun əvvəlində müddətli manat əmanətləri üçün illik 10.5% gəlirlilik təklif edir. Bununla bağlı iyul sayındakı tam siyahı ilə tanış olmaq olar.

Bank depozitlərinin 76%-i və ya 838.21 mln. manatı fiziki şəxslərdən, qalan 266.17 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilmiş depozitlər olub.

Bankın “likvidlik riski” ilə bağlı təqdim etdiyi göstəricilərdə bildirilir ki, müştərilərin bu bankda 490.03 mln. manatı ani (tələbli) depozitlər və qalan 614.35 mln. manatı isə müddətli depozitlərdir. Müddətli depozitlərin böyük hissəsi bir ildən aşağıdır. Belə ki, depozitlərin 561.61 mln. manatı 1 ildən aşağı olan hissəsidir.

Bankın “valyuta riski” ilə bağlı şərhindən isə məlum olur ki, cəlb edilmiş depozitlərin 825.3 mln. manatı milli valyutada, 178.01 mln. manat ekvivalenti ABŞ dollarında, 88.43 mln. dollar ekvivalenti isə avrodadır.

Burada manatda olan depozitlərin 500.16 mln. manatı müddətli və 325.14 mln. manatı isə tələblidir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button