2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vətəndaş cəmiyyəti nümayəndələri Prezidentə müraciət ediblər

Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları, vəkil və media nümayəndələri “Ədalət Naminə Həmrəylik Komitəsi”nin təşəbbüsü ilə Beynəlxalq İnsan Haqları günündə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Toplum TV xəbər verir ki, müraciətə imza atan şəxslər əsas etibarilə insan hüquq və azadlıqları, həmçinin sosial siyasət sahəsində islahatlar aparmağın vacibliyini diqqətə çatdırıblar. 

“Fərqindəyik ki, ölkədə baş verən elə hadisələr var ki, beynəlxalq imicimizə mənfi təsir göstərir. “Xaricdə Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi qüvvələr bu hadisələri Azərbaycanda antidemokratik amillər kimi təqdim edir və ölkəmizi  dünyanın ictimai rəyində gözdən salır”. İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərdə mövcud qanunlardan sui-istifadə etməsi, onları şəxsi maraqları naminə heçə salması ölkədə ciddi problemlərə yol açır. Məhkəmələrin fəaliyyətinin müstəqil olmaması, ədalətsiz hökmlərin sayını artırır. Son vaxtlar bir çox istər tanınmış ictimai-siyasi xadim, mətbuat nümayəndəsi, istərsə də dini kəsim nümayəndəsi kifayət qədər əsassız ittihamlarla həbs olunub. Hazırda yüzlərlə insanın taleyinə təsir göstərən bu həbslər, həm də insanların dövlətə qarşı inamına zərbə vurur», – müraciətdə qeyd edilib.  

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətçilər həmçinin hazırda həbsdə olan bir çox ictimai, siyasi xadimin, həmçinin jurnalistlərin azadlığa buraxılmasının əhəmiyyətini vurğulayıblar: 

“Düşünürük ki, qarşıdan gələn “Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibətilə, eyni zamanda Prezident seçkiləri ərəfəsində Sizin humanist addım ataraq, siyasi məhbus məsələsini həll etməniz Azərbaycanın əleyhinə olan siyasi təxribatların və mənfi ideoloji təpkilərin qarşısını almaqla yanaşı, beynəlxalq və daxili imicinə də birbaşa müsbət təsir göstərə bilər. Bütün bunları nəzərə alaraq, Sizdən xahiş edirik ki, Azərbaycan dövlətinin hüquqi dövlət olduğunu bir daha gündəmə gətirərək, adları çəkilən və hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı humanist addım atasınız və səlahiyyətlərinizdən istifadə edərək, onların azadlığa buraxılmasında yardımçı olasınız». 

Müraciəti Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Dilarə Əfəndiyeva, Mehman Əliyev, Hilal Məmmədov, Sevinc Sadıqova, Məlahət Zeynallı, Zibeydə Sadıqova, Şəhla İsmayıl, Mehriban Zeynalova, Gülarə Nərimanova,Rəsul Cəfərov, Qalib Toğrul, Elçin Həsənzadə və digərləri imzalayıb.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button