2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vətəndaş Həmrəyliyi Partiyası hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir

Partiyanın seçkidə öz namizədi olmayacaq

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə öz namizədi ilə qatılmayacağını bəyan edib.

Dekabrın 26-da partiyanın Siyasi Şurasının yaydığı bəyanatda həmçinin deyilir ki, 7 fevral seçkisi anonsu verilən siyasi və iqtisadi islahatların gerçəkləşməsinə yol açacaq:

Saytların yığılması Saytlarin yigilmasi

“Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Ancaq partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir”.

“VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək. Partiya əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaq”,-deyə bəyanatda qeyd olunub.

Partiya hesab edir ki, növbədənkənar seçkini zəruri edən bir sıra beynəlxalq faktorlar da nəzərə alınmalıdır:

“Seçkilər regionda və dünyada baş verən geosiyasi gərginlikdən, mümkün və ehtimal olunan təhlükələrdən Azərbaycanı qorumağa xidmət edən bir siyasi hadisə kimi qəbul edilməlidir. Növbədənkənar Prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev, Yunus OğuzƏrəstun Oruclu namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button