2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Vəkil : “Qanunsuz qərarlar davam edir”

Bu gün, Əfqan Muxtarliya qanuni maraq kəsb edən şəxslərlə və qohumlarla görüşə izn verilməməsiylə  bağlı Sabunçu Rayon Məhkəməsinin qərarindan verdiyi şikayətə baxilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı vəkil Elçin Sadəqov yayıb.

Məhkəmə Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilib. Hakimlər qabaqcadan  münasibət bildiriblər. Hakimlərin fikrincə, qanunvericilikdə qanuni maraq kəsb edən şəxs dedikdə, mülkü işlərdəki qarşı tərəf başa düşülür və hazırda müraciət edən şəxslər qanuni maraq kəsb edən şəxslər hesab edilə bilməzlər. Hakimlər əlavə olaraq bildiriblər ki, qohumlar oz görüş səlahiyyətləri ilə bağlı başqalarına etibarnamə verə bilməzlər.

Vəkil Elçin Sadıqov  hakimin oncədən münasibət və qərar verməsinə etiraz etdiklərini söyləyir. Vəkillər həmçinin məhkəmə tərkibinə də etiraz ediblər, lakin bu etiraz təmin olunmayıb.

Daha sonra, vəkillər Konustitusiya Məhkəməsinə sorğu göndərilməsiylə bağlı vəsadət qaldırıblar ki, qanuni maraq kəsb edən şəxs məsələsini  şərh etsinlər.

Vəkilin fikrincə, həbsdə saxlanilan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi haqqında qanunun 15 ci maddəsində göstərilir ki, həbsdə saxlanılan adam,  qanuni maraq kəsb edən şəxslərlə həm telefon  əlaqəsi saxlaya bilər, həm də onlarla görüşə bilər.

Məhkəmə vəkillərin Baki Şəhər İstentaq Təcridxanasının işə cəlb olunmasıyla baglı verdikləri vəsadəti də təmin etməyib.

Daha sonra, məhkəmə Eçin Sadıqovun Əfqan Muxtarliyla görüşünə izn verilməməsiylə baglı işə baxıb və vəsadəti təmin etməyib.

Vəkil  butun bu qanunsuz qərarlarla bağlı, Avropa Məhkəməsinə müraciət edəcəklərini söyləyib.

 

  

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button