2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vəkillər: “siyasi motivli məhbusların şikayət məktubu itirilir”

Siyasi motivlərlə həbs olunduğu bildirilən məhkumların vəkilləri iddia edirlər ki, bu günə qədər onların Avropa İnsan Haqları Məhkəməsinə ünvanlandırdığı 7 şikayət məktubu “Azərpoçt” MMC tərəfindən “itirilib”.

“İtirilən” şikayət məktubları gənc fəal Bayram Məmmədov, araşdırmaçı jurnalist Xədicə İsmayıl, AXCP sədr müavini Fuad Qəhrəmanlı və partiya üzvü Murad Ədilov, Meydan TV əməkdaşı Şirin Abbasov, jurnalist Seymur Həzi, Nardaran hadisələri ilə bağlı saxlanılan Abbas Hüseynovun işləri ilə bağlı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı məsələ, vəkil Elçin Sadıqov noyabrın 19-da Bayram Məmmədovun işi ilə bağlı AİHM-ə göndərdiyi şikayət məktubunun “itməsi” haqda məlumatı sosial şəbəkədə yaydıqdan sonra aktuallaşıb.

Vəkillər iddia edirlər ki, “itirilən” şikayət məktubları ilə bağlı “Azərpoçt” MMC bu günə qədər onların rəsmi sorğusunu cavablandırmayıb.

“Azərpoçt” MMC rəsmisi iddia edir ki, poçta gələn məktubun “göndərilməməsi mümkün deyil”.

Bayram Məmmədov və Şirin Abbasovun məktubu

Vəkil Elçin Sadıqov deyir ki, noyabrın 19-da AİHM-ə 2 məktub göndərib. Onlardan biri ünvana çatsa da, Bayram Məmmədovun işi ilə bağlı şikayət məktubunu “itirmək adıyla ortadan çıxarıblar”.

Vəkil iddia edir ki, 7 saylı poçtdan göndərdiyi məktub Azərpoçtun nəzdində olan Poçt Daşıma Mərkəzinə təhvil verilib və “məktubun başına nə oyun aşılıbsa orda açılıb”.

“Bu vəkillərə qarşı xüsusi tətbiq olunan bir şeydir və bunlar mütəmadi, ancaq AİHM-ə gedən məktublarla bağlıdır”, vəkil onlayn izləmə sayəsində hadisədən tez xəbər tutduğunu deyir.

Gənc fəal, Bayram Məmmədov bu il, mayın 10-da qanunsuz narkotik maddələrin dövriyyəsi ittihamı ilə Qiyas İbrahimovla birlikdə həbs olunub. Onlar bu ittihamı rədd edir və sabiq prezident Heydər Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” yazısı ilə bağlı həbs olunduqlarını iddia edirlər.

Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Qiyas İbrahimov 10 il azadlıqdan məhrum olub.

Cənab Sadıqov deyir ki, Meydan TV-nin əməkdaşı Şirin Abbasovun işi ilə bağlı bir müddət əvvəl də “eyni hal baş vermişdi”, lakin həmin vaxt etdiyi şikayətin nəticəsində məktub tapılmasa da “cüzi kompensasiya ödənilib”.

Vəkil AİHM-ə şikayət məktubunu yenidən göndərəndə konvensayinın 34-cü maddəsini də əlavə edəcəyini deyir.

“Çünki hökumət poçt vasitəsilə bizim Avropa Məhkəməsinə məktub göndərməyimizə mane olur, süni maneələr yaradır”, o bildirir.

Fuad Qəhrəmanlının məktubu

Prokurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində Image copyrightAXCP
Image captionProkurorluğun məlumatına görə, Fuad Qəhrəmanlı Nardaran hadisələri zamanı Facebook şəbəkəsində “itaətsizliyə çağırışlar” edib

Vəkil Nemət Kərimli deyir ki, hüquqlarını müdafiə etdiyi məhkum Fuad Qəhrəmanlının şikayət məktubu iki dəfə Azərpoçt tərəfindən “itirilib”.

Vəkilin sözlərinə görə, iyul ayında göndərdiyi şikayət məktubunun 2 aydan çox keçəndən sonra ünvana çatmamasını “zərf çeşidləmə vaxtı itib” deyə əsaslandırmasını “təsadüf sayıb” və sentyabrın 24-ü sənədləri yenidən Azərpoçt vasitəsilə göndərib.

“Bundan sonra başladım onlayn izləmə ilə baxdım. Orda gördüm ki, bu məktubu göstərməlidir, amma heç nə görünmür. Bununla bağlı rəsmi müraciət edəndə məlum oldu ki, məktub yenidən itib”, deyə vəkil quruma etdiyi rəsmi müraciətə 10 gündən çoxdur cavab gözlədiyini deyir.

Vəkil iddia edir ki, Azərpoçt məktubun çəkisi “10-20 qram olanda ünvanına çatdırır, amma çəkisi 500 qramı keçəndə onun şikayət olduğunu bildikləri üçün onları itirirlər”.

“Bu bir mənalı olaraq hakimiyyət tərəfindən təşkil olunur və hesab edirlər ki, bunu Avropaya göndərməkdənsə elə burdaca qarşısını almaq lazımdır. Çünki indiyə qədər belə hal baş verməyib. Mən ikinci məktubun cavabını alan kimi iddia qaldırıb kompensiyaya tələb edəcəm.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı dövlət əleyhinə yönələn açıq çağırışları və zor tətbiq etmə hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında ittiham olunur.

Murad Ədilovun məktubu

Digər vəkil Yalçın İmanov icraatında olan, jurnalist Natiq Ədilovun qardaşı Murad Ədilovun şikayət məktubunu 20 sentyabrda göndərəndən sonra onlayn izləmədə məktubun ünvana çatmadığını görüb.

“Müraciət etmişəm bununla bağlı artıq bir həftədən çoxdur, hələ də cavab verməyiblər. Məndə indiyə qədər belə olmayıb və birinci dəfədir. Fuad Qəhrəmanlının işini neçə aydır göndərə bilmirik. Bunun itmə səbəbini soruşacam. Şikayətin vaxtı keçib, oktyabr ayında müddəti bitib. Amma biz Azərpoçtun cavabını alandan sonra yenidən icraata götürüləcək.

Azərpoçtun bu davranışı ilə bağlı məhkəmə qaydasında müraciət edəcəm. Çünki görünən odur ki, bu artıq müəyyən tip kateqoriyaya, müxalifət gənclərinə, dindarlara qarşı tendensiya halını alır ki, onların AİHM-nə göndərilən şikayətləri itirilir və ya yoxa çıxarılır”, cənab İmanov eyni halla üzləşən digər vəkillərlə birlikdə Azərpoçta qarşı məhkəmə qaydasında müraciət etməyə hazırlaşacağını deyir.

AXCP üzvü Murad Ədilov narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham olunur.

Xədicə İsmayıl və Abbas Hüseynovun məktubu

Jurnalist Xədicə İsmayıl bu il şərti azadlığa buraxılıbImage copyrightREVAN SEYFULLA
Image captionJurnalist Xədicə İsmayıl bu il şərti azadlığa buraxılıb

Hüquq müdafiəçisi Fariz Namazlı deyir ki, Nardaran hadisələrində saxlanılan Abbas Hüseynovun işi ilə bağlı şikayət məktubunu 20-25 gün əvvəl göndərib. Lakin onlayn izləmədə ştrix kodu əlavə edəndə məktubun çıxışı haqqında “məlumatlar göstərilmir”.

“Bizə də deyirlər ki, rəsmi müraciət edib araşdıraq və bu da uzun müddət çəkir. İndi Azərpoçta rəsmi müraciət edib rəsmi cavab alandan sonra ki, məktub itirilib yenidən AİHM-ə məktub göndərəcəyik ki, bizdən asılı olmayan səbəblərdən gecikmə baş verib. Məhkəməni məlum edəcəyik ki, hökumət necə siyasi işləri itirir”, vəkil vurğulayır.

Abbas Hüseynov Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və digər 13 nəfərlə birlikdə noyabrın 26-da Nardaran qəsəbəsində keçirlən polis əməliyyatı zamanı saxlanılıb. Onlara qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb. Ötən il Nardaran qəsəbəsində keçirilən polis əməliyyatı vaxtı baş vermiş silahlı qarşıdurma zamanı iki polis əməkdaşı da daxil olmaqla 6 adam həlak olub.

Hüquq müdafiəçisi əlavə edir ki, eyni hadisə onun başına ilk dəfə ötən ilin mart ayında jurnalist Xədicə İsmayılın şikayət məktubunu göndərəndə gəlib. May ayında məhkəmədən onların məktubu almamaları barədə məktub alandan sonra cənab Namazlı “alternativ yolla” məktubu yenidən göndərib.

Jurnalist Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib. Bu il isə o, şərti azadlığa buraxılıb. Jurnalist özü və əməkdaşlıq etdiyi Azadlıq Radiosu onun həbsinin səbəbini siyasi motivli olduğunu deyir və apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

O zaman belə hal “kütləvi olmadığından və bu qədər ciddi olacağını gözləmədiyindən” vəkil məhkəmə qaydasında iddia da qaldırmayıb.

“İndi o məsələlərin arxasınca gedəcəm. AİHM-i məlumatlandıracayıq ki, hökumət artıq rəsmi səviyyədə şikayətlərin getməsinin qarşısını alır”, vəkil deyir.

Seymur Həzinin məktubu

Seymur Həziy əqarşı Image copyrightAYENDE M
Image captionSeymur Həziyə qarşı “silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb və o, 5 il müddətinə azadlıqdan məhrum edilib

Jurnalist Seymur Həzinin hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova deyir ki, 3 sentyabr tarixində göndərdiyi məktubun ünvana çatması ilə bağlı bir aydan çox cavab gəlməyəndə “narahat olub” və AİHM-ə faks göndərib.

“Poçta gedib yoxlayanda aydın oldu ki, bu kodla ümumiyyətlə məktub yoxdur bazada. Deyirəm necə ola bilər ki, mən məktubu verirəm, pulunu ödəyirəm və siz kod verisiniz, ancaq kod bazada yoxdur”, xanım Hümbətova problemi “texniki məsələ” adlandıran qurum nümayəndələrindən səbəbini aydınlaşdıra bilmədiyini qeyd edir.

300 vərəqdən ibarət şikayət məktubunu yenidən hazırlayıb göndərmək üçün xeyli zaman və əmək sərf etdiyini vurğulayan hüquq müdafiəçisi deyir ki, qurumu məhkəməyə verib həm kompensasiya tələb edəcək, həm də “məktubun hara yoxa çıxdığını soruşacaq”.

“Əvvəllər belə problem olmayıb. Çox rahat şəkildə Azərpoçtla işləmişik. İndi amma bilirəm neçə olursa olsun onu özəllə göndərəcəm. Bunlar təzə başlayıblar”, vəkil deyir.

AXCP Rəyasət Heyətinin üzvü, Azərbaycan hökümətini tənqid edən”Azərbaycan saatı” TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzi 2014-cü ilin avqustunda həbs olunub. Ona qarşı “silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar Seymur Həzinin həbsini “siyasi motivli” hesab edir. Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.

Azərpoçt: “Məktublar göndərilir”

“Azərpoçt” MMC-nin rəis müavini Mübariz Cəlilov “kimin nəyinə lazımdır məktubu saxlasın” deyərək “milyonda bir itki ola bilər” deyir.

Vəkillərin göndərdiyi rəsmi sorğulara cavab verilməməsinə gəlincə qurum rəsmisi “elə bir şey ola bilməz ki, sorğu gəlsin ona cavab verilməsin” deyə cavab verir.

“Sorğu vərəqini rəsmi qaydada araşdırıb cavab veririk. Poçt şobəsinə daxil olan əməliyyatdan başlayırıq çatdırılma yerinə qədər. Bu araşdırma normal qaydada təyinat ölkəsindən cavab ala bilsək 3-5 günə davam edir. Bunun 1 ay müddəti var ki, cavab verilməlidir”.

Cənab Cəlilov məktubun çəkisindən asılı olmayaraq “fakt bu məktublar göndərilir axı bizdən” deyə vurğulayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button