2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəkilliyə qəbul imtahanı keçiriləcək

İmtahanda 2 minə yaxın hüquqçu iştirak edəcək

Vəkilliyə qəbul üzrə imtahan yanvarın 28-nə təyin edilib. İmtahanda 1961 namizəd iştirak edəcək. Bu barədə Vəkillər Kollegiyasının məlumatında bildirilir. Qeyd edək ki, namizədlər test imtahanından başqa şifahi müsahibədən keçməlidir.

Müstəqil ekspertlərin sözlərinə görə, məhz ikinci mərhələdə fəal vətəndaş mövqeyi ilə tanınan hüquqşünaslara maneələr törədilir.

Saytların yığılması Saytlarin yigilmasi

Yeni vəkillərin qəbulu mülki, siyasi və dini sahədə fəallıq göstərən şəxsləri, jurnalistləri, blogerləri təmsil edən tanınmış hüquqşünasların işdən kənarlaşdırılması fonunda keçirilir.

İki ay öncə vəkil Yalçın İmanovun səlahiyyətlərinə xitam verilib. Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti bir il müddətinə dayandırılıb. Digər vəkil Aqil Layıcov töhmət alıb.

Hazırda Vəkillər Kollegiyasının 934 üzvü var. Bu, 10 milyon əhalisi olan ölkə üçün çox aşağı göstərici sayılır.

Bununla yanaşı 2018-ci il yanvarın 1-dən yeni qaydaların qüvvəyə minməsi ilə vəkil çatışmazlığı yaranıb. Yeni qaydalara görə, məhkəmələrdə vətəndaşları ancaq Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər(Turan)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button