2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

“Vasif Talıbovu ən çox mifləşdirənlərdən biri məhz siz idiniz, Qüdrət bəy!”

“Bu gün Qüdrət bəylə Vasif Talıbov arasında güclü rüzgarlar əsir. Fürsətdən istifadə edib qədim dostumun nəzər-diqqətinə çatdırıram: VASİF TALIBOVU ƏN ÇOX MİFLƏŞDİRƏNLƏRDƏN BİRİ MƏHZ SİZ İDİNİZ, QÜDRƏT BƏY!”

Az24saat.org xəbər verir ki, bunu Şərurun sabiq deputatı olmuş Fərəməz Novruzoğlu Facebook profilində (Elçin İlqaroğlu) yazıb.

Az24saat.org Fərəməz Novruzoğlunun təxminən 3 il əvvəl cəbhə bölgəsində baş verən “Aprel döyüşləri”ndən sonra yazdığı statusu təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi


Elçin İlqaroglu

 
15 апреля 2016 г.

“Qüdrət Həsənquliyev: “Azərbaycanda elə mövzular var ki, onun üzərindən siyasət qurmaq, yaxud mübarizə aparmaq yolverilməzdi. Bu kimi hallar cəmiyyət tərəfindən qınanmalı və lənətlənməlidir. Bu mövzulardan biri də vətən uğrunda olan şəhidlərimizdir. Onların üzərində siyasət qurmaq olmaz!

Yazırlar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları dəfn mərasimlərinə qatılmır və s. Biz şəhidin yas mərasiminə qatıldıq. Şəhidin əmisi dedi ki, həmin gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun anası da vəfat etmişdi. Ancaq Talıbov əvvəl şəhidin yas mərasiminə qatılıb, sonra isə anasının vəfatı ilə bağlı işlərlə məşğul olub…”

Bu açıqlamasında Qüdrət bəy daşı Əli Kərimlinin bostanına atıb. Həqiqətən də o haqlıdır: “Şəhidlərin üzərində siyasət qurmaq olmaz!” Amma gəlin görək, Qüdrət bəyin özü şəhidlərin üzərindən siyasət qurur, ya yox?
Qüdrət bəy mənə Əli Kərimlidən ən az 5 köynək yaxındır. Siyasi mövqeyini bir tərəfə buraxıb, onu həmişə özümə yaxın bir dost kimi qəbul etmişəm. Əli Kərimliyə gəlincə, ona olan mənfi münasibətim, müxtəlif səbəblərə görə, son illərdə hətta pataloji həddə çatıb. Ancaq həqiqət mənimçün hər şeydən üstündür. Elə bu səbəbdən də deyə bilərəm ki, şəhidlərə münasibət məsələsində Qüdrət bəy haqsız, Əli Kərimli isə haqlıdır.

İkinci Qarabağ müharibəsində əslən Naxçıvandan olub dünyasını dəyişən və dəfn olunmaq üçün Naxçıvana aparılan iki şəhid olub: mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyev. ADP sədri Sərdar bəyin qardaşı oğlu Rasim bəyin dəfn mərasimi ən az 10 gün öncə olub. Qabil Orucəliyev isə aprel ayının 11-də dəfn olunub. Vasif Talıbovun anası isə bir gün sonra, yəni aprel ayının 12-də dünyasını dəyişib. Deməli, sağlam məntiqlə yanaşsaq, hörmətli Vasif Talıbov şəhidlərin dəfnindən öncə anasının dəfnində iştirak edə bilməzdi. Bəs, elə isə Qüdrət bəy bu açıqlamanı niyə verib? Adamın ağlına tək bir şey gəlir: o, şəhidlərin üzərindən siyasət qurub!

ŞƏHİDLƏRİN ÜZƏRİNDƏN SİYASƏT QURMAQ OLMAZ, QÜDRƏT BƏY! Bunu sizə heç yakışdırmadım…
P.S. Məncə, qəzetçilik heç də səsləndirilən hər sensasiyalı xəbəri dərhal tirajlamaq deyil. Əsil qəzetçilik əldə edilən informasiyanı hər şeydən əvvəl araşdırıb, əsil həqiqəti yayımlamaqdır. Hesab edirəm ki, iki yaxın dostum – Elxan Shukurlu və Mahammedali Qaribli bu iradımı xoşgörü ilə qarşılayıb məndən inciməzlər. Mən onların bacarıq və qabiliyyətinə əsla şübhə etmirəm, sadəcə, bir az tərəf tutaraq tələskənlik etmişlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button