Now Reading:
Vaşingtonda Azərbaycan hakimiyyətinin repressiyaları müzakirə edildi

Vaşingtonda Azərbaycan hakimiyyətinin repressiyaları müzakirə edildi

Amerikanın aparıcı analitikləri və hüquq müdafiəçiləri belə bir sual irəli sürür: Gürcüstanı təqiblərdən canını qurtaran Azərbaycan fəalları üçün əvvəlki kimi təhlükəsiz sığınacaq hesab etmək olarmı?

Cümə günü, sentyabrın 29-da Vaşinqtonda “Sərhəddən kənarda repressiyalar: Gürcüstana sürgün edilmiş azərbaycanlılar” adlı məruzə təqdim edilib. Məruzədə Azərbaycanlı jurnalistlərin və fəalların xaricdə olduqları halda belə öz hökumətləri tərəfindən necə təqibə qaldığı barədə məlumat verilir.

2017-ci ilin mayında jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanıb və iki gün sonra Azərbaycan həbsxanasına düşüb – bu, böyük qalmaqal yaradan bir hadisədir. “Məruzədə qoyulan sual belədir: Azərbaycan və Gürcüstan arasında hansı sövdələşmə əldə olunub?”, deyə Freedom Now-nun icraçı direktoru Maran Terner bildirib. “Hesabat Gürcüstanın Azərbaycanlı dissidentlər üçün nə dərəcədə təhlükəli olduğunu göstərir”, deyə o qeyd edib.

Təqdimat zamanı qeyd edilib ki, 2014-cü ildən Azərbaycan hakimiyyəti jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı misli görünməmiş repressiyalara başlayıb. 120-dən çox insan siyasi motivli ittihamlarla həbsə salınıb, digərləri ölkədən qaçmaq məcburiyyətində qalıb. Çoxları qonşu Gürcüstanda təqiblərə məruz qalmayacaqlarını düşünərək, oraya yollanıblar.

“Gürcüstan Azərbaycanlılara yaşamaq üçün icazə və sığınacaq verməkdən imtina edir, eyni zamanda repressiyalar həyata keçirir”, deyə Tbilisidə Təhsil və İnsan Hüquqlarının Monitorinqi Mərkəzinin mülki və siyasi hüquqlar üzrə direktoru Tamta Mikeladze bildirib. Onun sözlərinə görə, Əfqanın işi ilkin olaraq DİN-də – oğurlamaqda ittiham olunan orqanda araşdırılıb. Araşdırma iyula – oğurlanmadan, demək olar ki, iki ay ötənə qədər prokurorluğa göndərilməyib.

Ternerin sözlərinə görə, Əfqan Muxtarlının oğurlanması Gürcüstanın imicinə böyük təsir göstərib. Aydındır ki, Azərbaycan Gürcüstana təzyiq göstərə bilər. Buna görə Azərbaycanlı dissidentlər daha uzaq xaricə qaçırlar.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.