2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ABŞ-ın Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəliklərin səfirləri, diplomatlar, hərbi attaşelər, Azərbaycan icmasının nümayəndələri və yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.

Tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim çıxışında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi tarixi zəfərə aparan mübarizə yolundan danışıb. Diplomat bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı tarixi zəfəri ilə 30 ildə etdiyi bu kimi çağırışları reallıqda təsdiqlədi.

Bununla da Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğu sadəcə sənədlər üzərində deyil, reallıqda da təsdiqi tapmış oldu.

Səfirliyin hərbi attaşesi Rüstəm Gözəlov çıxışında ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi ilə yanaşı ədalətin də bərpa edildiyi qeyd edib və bunun Azərbaycan üçün deyil region ölkələri və dünya dövlətləri üçün önəmindən danışıb.

Diplomat ədalətsizliyin və ikili standartların yalnız Azərbaycan üçün deyil, hər bir ölkə üçün təhdid təşkil etdiyi və bununla mübarizənin ümumi vəzifə təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

ABŞ-da Azərbaycan icmasının fəal üzvü Həbib Azərsina bu il ölkəmizdə Zəfər Günü bayramının tamamilə fərqli mühitdə qeyd edildiyi, Zəfər Gününün zəfər, cəsarət, ədalət və milli qürur bayramı olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyevin Xankəndi şəhərində qeyd etdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə, eyni zamanda, öz ləyaqətini də bərpa etmiş oldu”.

Tədbirin rəsmi hissəsinin sonunda Zəfər Gününə həsr olunmuş video çarx nümayiş etdirilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button