2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Vaşinqtondan açıqlama: Azərbaycanda jurnalistlərin həbsi qəbuledilməzdir

Birləşmiş Ştatlar Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 27-də ABŞ Dövlət Departamentinin sözçüsü “Turan” informasiya agentliyinin sualına cavab verərkən bildirib.

“Kanal 13” internet kanalının müəllifi Şamo Eminov dekabrın 22-də saxlanılaraq 3 ay 5 gün müddətinə istintaq təcridxanasına salınıb. O, eyni nəşrin son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Saytların yığılması Saytlarin yigilmasi

 

Dövlət Departamentinin sözçüsü bu hadisəyə münasibət bildirərkən belə deyib:

“Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu qəbuledilməzdir.

 

Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – deyə Dövlət Departamentinin sözçüsü fikrini yekunlaşdırıb.

Qeyd edək ki, son vaxtlarda “Abzas Media” və “Kanal 13” onlayn nəşrlərinin çox sayda jurnalisti həbs olunub. Onlar əsasən Cinayət Məcəlləsinin “qaçaqmalçılıq” maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları rədd edir və həbslərinin jurnalistika fəaliyyəti ilə əlaqədar olduğunu bildirirlər.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button