2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Venesuela prezidenti milləti Erdoğanla qorxudur

Venesuela prezidenti Nicolás Maduro deyib ki, onun ölkəsində Türkiyədəkinə bənzər çevriliş cəhdi olsa, Erdoğanın repressiyaları uşaq oyununa bənzəyə bilər.

Maduro bəyan edib ki, Venesuela müxalifəti Türkiyədə baş vermiş çevriliş cəhdi kimi hərəkətə əl atsa, o Erdoğanın öz rəqiblərinə qarşı həyata keçirdiyi repressiyalarl kölgədə qoyardı.

“Türkiyədə baş verənləri gördünüz də? – deyib Venesuela prezidenti televiziya ilə translyasiya olunan bir tədbirdə, – Əgər bizdə sağçılar çevriliş həddini aşsalar, Bolivar inqilabının onların başına gətirdiyinin yanında Erdoğan südəmər körpə kimi görünər”.

Saytların yığılması Saytlarin yigilmasi

Karakasda etirazçılar Maduronun istefasını tələb edirlər

Karakasda etirazçılar Maduronun istefasını tələb edirlər

Qərb mediası xatırladır ki, iyul ayında baş vermis çevriliş cəhdinin ardınca Türkiyədə hərbiyyə, ədliyyə, təhsil və dövlət qulluğu sahəsində çalışan 60 min nəfərə qarşı cinayət işləri açılıb.

“The Guardian” yazır ki, Maduronun müəllimi mərhum Hugo Chavez 2002-ci ildə müxalifət tərəfindən dəstəklənmiş çevrilişdən salamat qurtarmasını Latın Amerikasının xilaskarının adı ilə Bolivar inqilabı adlandırmışdı.

Venesueladan alınan xəbərlərdə deyilir ki, neft qiymətlərinin kəskin düşməsi bu xammalın hesabına yaşayan hökumətin və onun rəhbəri Maduronun populyarlığını heçə endirib.

Bu ölkədə son vaxtlar çörək və dava-dərman kimi gündəlik tələbat mallarının qıtlığı hökm sürür.

Buna baxmayaraq Maduro əhalini öz ölkəsindən düz 10 min kilometr uzaqda baş verən hadisələrlə qorxudur.

Müxalifət sentyabrın 1-də Karakasda möhtəşəm etiraz yürüşü keçirməyi planlaşdırır.

Etiraz aksiyasında Maduronun istefası üçün referendumun çağırılması tələb ediləcək.

Onun altı illik prezidentlik müddəti 2019-cu ildə başa çatır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button