2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

Vitse – prezidentlərin təyinatı niyə gecikir?

Konstitusiyaya dəyişikliklərlə bağlı ötən il sentyabrın 26-da keçirilən referendumdan sonra icitmaiyyətdə uzun müddət birinci vitse-prezident təyinatı müzakirə mövzusu oldu. Ekspertlər tərəfindən ən müxtəlif versiyalar səsləndirildi, media birinci vitse-prezidentin kim olacağı barədə məlumatlarla bəzəndi. Nəhayət, bu ilin fevralın 21-də prezident İlham Əliyev məsələyə nöqtə qoydu. Ölkə başçısı xanımı Meriban Əliyevanı birinci vitse- prezident vəzifəsinə təyin etdi. Birinci ledi de-yure ölkənin ikinci şəxsinə çevrildi. Gözlənilirdi ki, hakimiyyət üçün “Qordi düyünü” hesab edilən birinci vitse-prezident təyinatı nəhayət həllini tapdığına görə qısa müddətdə vitse-prezidentlərin də kimliyi bəlli olacaq.
Təsadüfi deyil ki, Mehriban Əliyevanın təyinatından sonar müxtəlif məmurların adları vitse-prezident postuna hallandırıldı. Bu sırada Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və hətta keçmiş nəqliyyat naziri Ziya Məmmədovun (o zaman hələ Nəqliyyat Nazirliyi ləğv olunmamışdı və Ziya Məmmədov nazir kimi fəaliyyətdə idi) adları çəkildi. Nazirlər Kabinetinin ləğv olunacağı, idarəçiliyin vitse-prezidentlik institutna veriləcəyi barədə iddialar səsləndirildi.
Lakin gözləntilər özünü doğrultmadı. Birinci vitse-prezident təyinatından sonra proses sanki donduruldu.
24saat.org-n araşdırmalarına görə, prosesin dondurulması hökumətdaxili ziddiyyətlərlə əlaqədardır.
Ekspertlər bildirir ki, İlham Əliyev xanımını birinci vitse-prezident təyin etməklə komandaya inamsızlıığını nümayiş etdirmiş oldu. Ona görə də ölkə başçısı növbəti təyinatlarda kifayət qədər diqqətli olmağa, komandada mərkəzdən qaçma meyllərini stimullaşdıran qərarlar verməməyə çalışır.
Digər tərəfdən hökumət daxilində iki əsas qruplaşma uzun müddətdir ki, uzlaşa bilmir. Əsasən 2005-ci ildən üz-üzə gələn Naxçıvan və Paşayevlər qruplaşması hakimiyyət bölgüsündə paritet əsasları qəbul etmir. Hakimiyyətə daha çox nəzarət bu iki qruplaşma arasında ziddiyyətləri zaman-zaman dərinləşdirib. Mehriban Əliyeva birinci vitse-prezident təyin olunduqda adıçəkilən qurplaşmaların razılığa gəldiyi barədə ehtimallar irəli sürülsə də, ekspertlər hesab edir ki, bu əsassız mülahizədir. “Mehriban Əliyevanın təyinatı qruplaşmaların uzlaşdığı anlamına gəlməməlidir. Bu prezidentin şəxsi qərarı idi və vitse-prezidentlərin təyinatının dalana dirənməsi də göstərir ki, hakimiyyət daxilində hər hansı anlaşma yoxdur”,- deyə ekspertlər vurğulayır.
Ekspertlərə görə, hər iki qruplaşmanın vitse-prezidentlik postlarına öz namizədləri var. Bu namizədlər arasında seçim etmək o qədər də asan deyil. Nəzərə alsaq ki, president və birinci vitse-prezident hər hansı səbəbdən səlahiyyətlərini icra edə bilmədikdə vitse-prezidentlər əsas səlahiyyət sahibinə çevrilir, o zaman bu postlara inanılmış və hər hansı qruplaşmanın maraqlarına xidmət etməyən şəxslərin gətirilməsi daha məqsəduyğundur. Belə namizədlər isə hələki yoxdur…
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button