Xəbərlər

Xəzər Dəniz Gəmiçiliyi Fırtına ilə əlaqədar xəbərdarlıq edib

Loading...

Bakı/25.10.21 Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, 25 oktyabr günün ikinci yarısından etibarən gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Bu barədə Xəzər Dəniz Gəmiçiliyinin məlumatında deyilir. 

Məlumata görə, oktyabrın 25-i günün ikinci yarısından 26-sı axşam saatlarınadək Xəzər dənizində şimal-qərb-şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.

Səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərə gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmaq tapşırılıb. Bununla yanaşı, limanlarda dayanan gəmilərin kapitanlara mütləq gəmidə olmaq və gəmilərin təhlükəsiz dayanmalarını təmin etmək tapşırılıb.

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button