2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Xərçəng istehsalçıları” iş başındadır” – SOS

Eyyub Hüseynov: “Bəzi sahibkarlar epidemiya təhlükəsi yaradır”

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub HüseynovModerator.az-a açıqlamasında istehlak bazarında müşahidə edilən bəzi problemlərə diqqət çəkib. E.Hüseynov bəzi sahibkarların mövcud toxunulmazlıq mühitindən sui-istifadə edərək insanları zəhərlədiyi, müxtəlif xəstəliklərə düçar etdiyini bildirib:

“Bu gün ciddi problemlərdən biri sahibkarlara yaradılmış toxunulmazlıq mühitindən sahibkarların sui-istifadə edib ölkənin əmtəə bazarını çirkləndirməsidir. Bu, böyük epidemiya və xəstəliklərin yaranmasına səbəb olan amillərdir. Mən bu barədə lazımi dövlət qurumlarına məlumat vermişəm. Bildirmişəm ki, sahibkarlar yaranmış situasiyadan sui-istifadə edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə bağlanan, filtirsiz siqaret istehsal etməklə insanları ağ ciyər xərçənginə düçar edən şəxslər yenidən bunun istehsalına başlayıblar. Biz bu təhlükəli malları xarici ekspertizaya yollamışıq. Sahibkarların bəzisi hesab edir ki, VÖİN-in olması yetərlidir və onlar zəhər belə istehsal edib sata bilərlər. Bu gün AİB-nin qarşısında dayanan əsas vəzifələrdən biri filtirsiz siqaret istehsalının qarşısını almaqdır. Bu, olduqca ciddi problemdir və onun qarşısının alınması həyati əhəmiyyət kəsb edir ”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button