2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xərçəngi erkən müəyyən edən “ağıllı həb” KƏŞF EDİLDİ

İnsan ömrünün 120 ilə qədər uzandığını düşünün. Bu xəyal artıq uzaqda deyil. Digital texnologiyanın inkişafı sayəsində çox yaxın zamanda gerçəkləşdiriləcək.
Moderator.az-ın məlumatına görə, artıq 3D texnologiyalarla istehsal edilən orqanlarla insan ömrünü 120 ilə qədər uzatmaq mümkündür.
3D texnologiyaları vasitəsilə bir sıra orqanların istehsalına başlanılıb. Amma bunların içərisində ən mühümü bir sıra xəstəliklərin ilk əlamətlərindən ortaya çıxarılmasıdır.
Belə ki,  əvvəllər xərçəng başda olmaqla, bir çox xəstəliklər üzərindən xeyli müddət keçdikdən sonra müəyyən olunurdu. Yeni kəşf edilən texnoloji avadanlıqlarla bir çox xəstəliklər ilkin dövründə, hətta başlamamışdan öncə belə təsbit edilir. Xərçəng və digər xəstəliklər başlamamışdan əvvəl müəyyənləşdirilərək nəzarət altına alınır və müvafiq müalicə təyin edilir.
Belə yeniliklərdən biri də “ağıllı həb”dir”. Xəstəliyi erkən müəyyən etmək yolunda inqilab sayıla biləcək bir təşəbbüs “Google”dən gəlib.  Texnoloji nəhəngi “Google”nin xüsusi məhsullar istehsal edən “Google X” laboratoriyası “ağıllı dərman” buraxıb. Ürək infarktı, iflic və xərçəng kimi ölümcülxəstəliklərin erkən müəyyən olunmasını təmin edən bu “ağıllı həb”in içinə dəmir-oksit hissəcikləri yerləşdirilir. Bu hissəciklər xənçəngli hüceyrələrə yapışır onu işarəyələrək özünə doğru çəkir.
Hazırda yekunlaşdırma mərhələsində olan bu inqilabi kəşflə xəstələr biləklərinə taxacaqları cihaz sayəsində daimi nəzarət altında saxlanıla biləcəklər. “Google X” laboratoriyasından verilən bilgilərə görə bu layihənin istehsalına başlanması və istifadəyə təqdim edilməsi üçün 5 il gərəkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button