2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xəstənin qarnından 18 il əvvəl unudulmuş qayçı çıxarıldı

Vyetnamda həkimlər xəstənin qarın nahiyəsindən 18 il əvvəl aparılan əməliyyat zamanı orada unudularaq qalmış tibb qayçısını çıxardıblar.

“Report” “BBC News”a istinadən xəbər verir ki, yad cisim yol qəzasından sonra aparılan ultrasəs müayinəsi zamanı 54 yaşlı Ma Van Nxatanın bədənində aşkar edilib.

Alətin qarından çıxarılması üzrə əməliyyat təqribən 3 saat davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

On beş santimetrlik qayçını 1998-ci ildə əməliyyat aparmış həkimlər unudublar. Ma Van Nxat həmin vaxt da yol qəzasından sonra xəstəxanaya yerləşdirilib.

Bu müddət ərzində əşya pasla örtülüb və bir sıra daxili orqanlara yapışıb. Lakin, kişinin sözlərinə görə, bu illər ərzində o, xüsusi bir narahatlıq hiss etməyib. Xəstənin qarnında ağrılar bu yaxınlarda başlayıb və ağrıkəsici dərmanlar fayda verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button