2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xəbər nədir?

XƏBƏR nədir – Bu sualın hamını razı salan cavabı varmı?

Hətta jurnalistlər arasında həmin suala ortaq cavabı tapmaq mümkünsüz görünür. Çoxsaylı yan suallar ortaya çıxır: Yaymaq istədiyin хəbər kimlərə hesablanıb? Bu xəbərin kimə nə faydası və ya kimə nə ziyanı ola bilər? Sözügedən məlumatı kimlər gözləyir və kimin nə ehtiyacı var ona?

Bəlkə də ən doğru yol – “ xəbər ” sözünün lüğəti mənasını dəqiqləşdirməkdir. Ərəbcədən götürülən bu söz “bir hadisə haqqında məlumat”, başqa deyimlə, “hər hansı olayla bağlı bilgi” mənasına gəlir. Çağdaş media, özəlliklə TV təcrübəsinə toxunacağımızdan, yəqin ki, ərəbmənşəli “ хəbər ”dənsə ingiliskökənli “news” (“nyus – yeni bilgi”) sözünə diqqət yetirməliyik, çünki məhz bu sözün məna tutumu media xəbərinin məzmununu açıqlamağa daha çox yarayır. Nədən? O üzdən ki media ağırlıqlı olaraq keçmişi və gələcəyi deyil, bugünü-bu anı – yeni olayı xəbərləyir və bu missiya daha çox indiki zamana köklənib.

Həyatımızdakı danılmaz dəyişikliklərə göz atsaq, onların gözlənilməz və gözlənilən, açıq və qapalı çeşidlərini də görəcəyik. Tutalım, haradasa baş verən yanğın və ya basqın, yaxud filan nazirin istefası gözlənilməz olaylar silsiləsinə daxildir. Deməli, gözlənilməyən bir dəyişiklik olub. Bu çeşid dəyişikliklərə “olaylı xəbər” adı verə bilərik.

Saytların yığılması Saytlarin yigilmasi

Göz önündə olmayan, uzandıqca-uzanan dəyişikliklər də var. Məsələn, Kürün daşması və ya Xəzərin səviyyəsinin qalxması kimi. Belə dəyişiklikləri “axıb keçən хəbər” adlandırmaq olar, axı neçə ildənbir baş verir. Üstəlik, belə dəyişiklikləri xəbərə çevirmək üçün həmişə nəsə bir qarmağa ehtiyac yaranır. Məsələn, “Xəzərin səviyyəsi 1 mm qalxıb” bilgisini diqqətçəkici qarmağa çevirmək çətindir, amma “sahil zolağında yaşayan 100 sakinin evini su basıb” məlumatından qarmaq kimi yararlanıb “axıb keçən xəbər”i “olaylı хəbər”ə çevirmək mümkündür.

Amerikalı araşdırıcılar хəbər deyərkən, kommunikatorların terminologiyasından faydalanaraq, “fərdin öz vaxtını və pulunu verməyə hazır olduğu vasitə”ni nəzərdə tuturlar (3; səh. 383). Jurnalistikadan bəhs edən müxtəlif kitablarda xəbərin başqa təriflərinə də rast gəlinir:

  • zamana uyğun bir şeydir;
  • zamana uyğun hesabat xəbərdir;
  • hər hansı olayın hesabatıdır;
  • təcili qələmə alınmış ədəbiyyatdır;
  • sabahın tarixidir;

Xəbər hər hansı bir zamanda baş verən olay, fikir, ya da sualın xülasəsidir

Xəbər, adətən, öz qaynağını bəlli fikirdən, problem və ya olaydan götürür. Başqa sözlə, sadalanan elementlər hər hansı xəbərin xammalı sayıla bilər. Bu xammal bəlli biçimə salınır və danışılaraq (yazılaraq), yaxud önəmli məqamları diqqətə yetirilərək, xəbərin yayılmasına imkan yaradır. “Xəbəri oluşduran xam maddələrin diqqət çəkə bilməsi üçün zamana uyğun olmaları gərəkdir. Olanlar sanki indi baş verirmiş kimi xəbərdə əksini tapır. Bir başqa deyimlə, хəbər indini çatdırır, indiki zamandan bir az keçmişə boylanır, amma bütövlükdə gələcəyə baxır” (4;  səh. 213).

Amerikalı sosioloq Robert B. Park xəbərə məlumatlanmaq (bilgilənmək) vasitəsi kimi baxaraq, məlumat (bilgi) mübadiləsi ilə məlumatın özü arasındakı bağlılığa diqqəti çəkir və ona belə bir tərif verir: “Xəbər sistemli məlumat  deyil. Bununla yanaşı, хəbər bu xəbərlə maraqlanan adamlara çatanadək хəbər olaraq qalır. Buna xəbərin təməl özəlliyi demək mümkündür

Sual: Xəbər nə vaxtadək xəbər olaraq qalır?

Cavab: Xəbər bu xəbərlə maraqlanan adamlara çatanadəkxəbər olaraq qalır

“Olay” və ya “hadisə” hər hansı хəbər üçün açar söz sayıla bilər. Digər tərəfdən “yeni” və ya “yenilik” sözləri də xəbərin mahiyyətinin qavranılmasına kömək edir. “Olay” və “yenilik” sözlərini açar sözlər kimi bəyənsək, “хəbər” deyərkən söhbətin hər hansı yeni olaydan və ya köhnə olayla bağlı yeni bilgidən getdiyini əminliklə söyləmək olar. Deməli, söhbət təməlində bir əhvalat duran danılmaz  dəyişiklikdən gedir.

Sual: “Xəbər nədir?” sualının hansı qısa cavabı var?
Cavab: “Xəbər” deyərkən hər hansı yeni olaydan və ya köhnə olayla bağlı yeni bilgidən söz açıldığını əminliklə söyləmək olar. Deməli, xəbər təməlində bir əhvalat duran danılmaz  dəyişiklikdir 


Zeynal Məmmədli

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button