2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib


Martın 16-da Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Onun əsasında Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Bu barədə prezident İlham Əliyev fərman imzalayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundov, onun birinci müavini Bəylər Eyyubov idi. Dövlət başçısının martın 16-da imzaladığı başqa bir fərmanla B.Eyyubov Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Digər yeni yaradilan iki qurumla bağlı, hələlik, təyinat yoxdur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button