2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Yadigar Sadıqlı və Elman Fəttah Müsavat Partiyasından istefa veriblər

Yadigar Sadıqlı: “Müsavatçı qalmaq üçün Müsavat Partiyasından istefa verirəm”

Tarixçi, keçmiş siyasi məhbus Yadigar Sadıqlı və Elman Fəttah Müsavat Partiyasından istefa veriblər.

Yadigar Sadıqlı bu barədə dekabrın 13-də “Facebook” səhifəsində yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, Müsavata üzv olduğu dövrü təşkilatın indiki dövrü ilə müqayisə edərək təəssüflə vurğulayıb ki, partiya siyasi proseslərə təsir imkanlarını itirib.

Bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam”

Yadigar Sadıqlı son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətinin olmadığını da qeyd edib:

 “Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir. Son qurultaydan keçən 4 il ərzində partiyada fəaliyyətim yox idi. Ondan əvvəlki 19 il ərzində isə bütün varlığımla, bütün qabiliyyətimlə Müsavatın faydasına çalışmışam. Qarşıma çıxan bütün yolayrıcılarında Müsavatı seçmişəm, tələb olunan bütün məhdudiyyətləri tərəddüdsüz qəbul etmişəm, bütün qurbanları tərəddüdsüz vermişəm. Bunların heç birinə peşman deyiləm. Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur”.

Mən üzv olanda partiya qərargahında oturmağa yer tapılmırdı”

Yadigar Sadıqlı bildirib ki, o, partiyaya üzv olanda Müsavat Vaqif Səmədoğlu kimi tanınmış şəxsi saxta seçkilərdən sonra mandat qəbul etdiyinə görə partiyadan çıxaran prinsipial təşkilat olub:

“İndi İlham Əliyevi təbliğ edən və buna görə heç bir tənbeh almayan Novella Cəfəroğlunun partiyasıdır. Siyasi məhbusların müdafiəsində iştirak etməyən, imkan düşəndə Vəkillər Kollegiyasının sədrinə mədhiyyə oxuyan Osman Kazımovun başqan müavini olduğu partiyadır. Mən üzv olanda Müsavatda Azərbaycan siyasətinin qaymaqları toplaşmışdı. Onların bəziləri kəskin rəqabət üzündən Divana, hətta Məclisə düşə bilmirdilər. Hər qurultay öncəsi tanınmış simalar rayon təşkilatlarına səs toplamaq üçün minnətçi düşürdülər”.

“İndi Müsavat Partiyasında rəhbər vəzifə tutan, Divan üzvü olanların böyük əksəriyyəti heç siyasi fiqur deyillər. Sosial şəbəkə profillərinə baxsan, siyasi yazı görməzsən. Uzağı, Arif Hacılının, İsa Qəmbərin yazılarını təkrar paylaşarlar. Bunun səbəbi təkcə ölkədəki vəziyyət deyil, həm də rəhbərliyin “sönüklər içində parlaq” olmaq, ətrafda sorğulayacaq, irad tutacaq şəxsin olmaması istəyidir. Mən üzv olanda partiya qərargahında oturmağa yer tapılmırdı. İndi vəziyyətin nə yerdə olduğunu Fəxri Xiyaban, Novxanı ziyarətləri zamanı görmək mümkündür”, – deyə Sadıqlı qeyd edib.

Müsavat partiyasının qurultayından
Foto: Facebook

O, bundan sonra siyasi fəaliyyətini III Respublika Platformasında davam etdirəcəyini vurğulayıb.

2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı 2004–2011-ci illərdə “Müsavat”ın Lənkəran təşkilatının sədri olub.

O, 2011–2014-cü illərdə partiya başqanının müşaviri, 2014–2018-ci illərdə isə müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub.

Y.Sadıqlı 2013-cü il iyunun 27-də Lənkəran şəhərində həbs edilib.

O, iyunun 25-də Lənkəran şəhərində çayxanaların birində mobil telefonla şəhər sakini Rəşid Kərimova xəsarət yetirməkdə ittiham olunub. Amma Sadıqlı ittihamları qəbul etməyib və siyasi sifarişlə həbs olunduğunu deyib.

Lənkəran Şəhər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarına əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib.

2 il 8 ay həbsdən sonra 2016-cı il martın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə azadlığa çıxıb.

Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib.

Elman Fəttah: “İstefa ərizəmi partiyaya təqdim etdim”

Müsavat Partiyasının digər üzvü Elman Fəttah isə istefa ərizəsini partiya rəhbərliyinə təqdim etdiyini söyləyib.

O, Meydan TV-yə deyib ki, Müsavat Pariyasının nizamnaməsinə görə üzvlər eyni anda iki təşkilatda təmsil oluna bilməzlər:

Təsis etdiyimiz III Respublika Platforması da tam siyasi təşkilatdır. Burada toqquşma yarandığından mən seçim etməliydim. Təbii ki, III Respublika Platformasını seçdim. Bu kontekstdə partiyaya istefa ərizəmi təqdim etdim”.

Elman Fəttah 2000-ci ildən Müsavat Partiyasının üzvü olub.

O, 2014-cü ildə Divan üzvü və başqan müavini olub. Amma 2017-ci ildə müavinlikdən istefa versə də, 2019-cu ilə qədər Divan üzvü kimi qalıb.

Gülağa Aslanlı: “…istefa veriblər və düz də ediblər”

Müsavat Partiyasının Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı adıçəkilən şəxslərin istefasını normal qarşıladığını bildirib.

Aslanlı Meydan TV-yə deyib ki, hər iki şəxs yeni siyasi təşkilata üzv olublar:

Gülağa AslanlıGülağa Aslanlı
Foto: Meydan TV

Müsavat Partiyasının nizamnaməsinə əsasən, şəxs eyni anda iki təşkilatda üzv ola bilməz. Ona görə istefa veriblər və düz də ediblər”.

O, Yadigar Sadıqlının ittihamlarını belə qiymətləndirib:

Yadıgar Sadıqlı sonuncu qurultayda məğlub olandan sonra haqlı-haqsız daim ittihamlar səsləndirir. Qoy, indi yeni partiyada istəklərini həyata keçirsin, bununla da məsələ bitsin”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button