2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Yanğınla bağlı versiyalar: məmur savaşı, qisas, təxribat, yoxsa ehtiyatsızlıq?

İlham İsmayıl: “Əvvəlcə yanğının qəsdən törədilməsi, yoxsa ehtiyatsızlıq ucbatından baş verməsini müəyyənləşdirilməli, qəsd varsa, motivi araşdırılmalıdır”

Dünən yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin hakimiyyətdə vaxtilə təmsil olunmuş və hazırda yüksək vəzifə tutan məmurlara məxsus olması barədə mediada və sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Bu şəxslərin sırasında ləğv edilmiş Milli Təhlkükəzilik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudov, onun oğlu, həmçinin sabiq MTN-də nazir müvini olmuş, hazırda isə Baş prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin də adı çəkilir. Yanğının baş vermə səbəbi ilə bağlı hələlik ekspertizanın yekun rəyi olmadığı üçün rəsmi açıqlama verilməyib. Ancaq sosial şəbəkələrdə yanğının məmurlar arasında yaranan konfliktlər fonunda törədildiyi, hətta qisasçılıq məqsədilə edildiyi barədə məlumatlar yayılıb.

Həmçinin yanğının təxribat məqsədilə xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən törədilməsi ehtimalı da irəli sürülür.

Bizimyol.info saytı Dövlət Təhlükəsizlik Komitəsinin zabiti olmuş, təhlükəsizlk üzrə ekspert İlham İsmayıldan məsələyə münasibət öyrənib. Ekspert bildirir ki, yanğın hadisəsi zamanı əsas iki versiya üzərində araşdırma aparılır:

İlham İsmayıl
İlham İsmayıl

“Əvvəlcə yanğının qəsdən törədilməsi, yoxsa ehtiyatsızlıq ucbatından baş verməsini müəyyənləşdirilməlidir. Əgər ortaya çıxsa ki, qəsdən yandırılıb, daha sonra bunun səbəbləri araşdırılır. Yəni bu halda, deyilən məmur savaşı versiyası da yaranır. Amma nəzərə alaq ki, Azərbaycanda bütün böyük obyektlər məmurlara aiddir. Əgər yanğın məmur savaşı zəminində, qisasçılıq məqsədi ilə olsa, onda gərək Azərbaycanın yarısını yandıralar. Düzdür, adıçəkilən məmurlar arasındakı münasibətlərdə kəskinlik var. Ona görə də qəsdən yandırılması müəyyənləşərsə, bu versiya üzərində də iş getməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq bu obyekt deyilən kimi, həqiqətən də Eldar Mahmudovun oğluna məxsusdursa, bu məsələdə təxribat olması ehtimalı da yaranır.

Artıq burada məmur savaşı yox, Eldar Mahmudovun vəzifədə olarkən incitdiyi, əzab verdiyi insanlardan birinin qisası olması versiyası da araşdırılmalıdır. Yəni qəsdən törədilməsi təısdiqlənərsə, bütün mümkün versiyalar araşdırılmalıdır”.

İlham İsmayıl əlavə edir ki, əgər yanğının ehtiyatsızlıqdan baş verdiyi müəyyən olunarsa, həm ticarət mərkəzinin rəhbərliyi, həm də Fövqəladə Hallar Nazirliyi müəyyən məsuliyyət daşıyır: “Çünki hətta kiçik bərbər “budka”sına da FHN-in ləvazimatları yerləşdirilir, təhlükəsizliklə bağlı müəyyən tədbirlərin görülməsini tələb edirlər. Necə olur ki, böyük bir ticarət mərkəzində təhlükəzilik tədbirləri belə zəif olub? Yəni hətta ehstiyatsızlqdan baş veribsə, bunun müqabilində FHN-in hansı addımlar atması və s. məsələlər də araşdırılmalıdır”.

Yanğının kənar qüvvələrin təxribatı ilə törədilməsi ehtimalını isə ekpert istisna edir: “Çünki xarici dövlətlər bu cür kiçik miqyaslı işlər görmür. Yəni ölkəmiz hazırda həmin mərhələdə də deyil. Çünki orada ziyan çəkən daha çox sadə vətəndaşlar oldu. Ona görə də hazırda yanğının qəsdən, yoxsa ehtiyatsızlıqdan yandırılması müəyyən edilməli, qəsdən olubsa, bunun motivi araşdırılmalı, ejhtiyatsızlıqdan olubsa, günahkar şəxslər məsuliyyətə cəlb edilməlidir”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button