2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

YAP-çı deputat narazılığını bildirib: “Televiziyada evlənməkmi olar?”

Ulusal Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvləri təsdiqləyib

Ulusal Məclisin 2 may tarixli iclasında İTV-nin Yayım Şurasının tərkibində dəyişikliyin müzakirəsi zamanı deputatlar yerli telekanallardan narazılıqlarını ifadə ediblər.

Deputat Bəhruz Məmmədov İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarı dəstəkləyəcəyini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Çünki hazırkı namizədlərlə bağlı hər hansı irad üçün əsas görmürəm, əksinə, onların Şurada səmərəli fəaliyyət göstərməməsi üçün səbəb yoxdur. Bilirsiniz ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə müvafiq olaraq Yayım Şurası ictimai yayımın konsepsiyasını hazırlayır”.

Ancaq deputat vurğulayıb ki, istər İTV, istər digər telekanallarda bu konsepsiyaya tekrar baxılmalıdır:

“Bu o demək deyil ki, televiziyalar hansısa proseslərdən geri qalır, sadəcə, münasibətlər sürətlə yenilənir, tələblər sürətlə dəyişir. Bu gün əsas vəzifə o olmalıdır ki, kütlənin zövqü telekanlların yayım konsepsiyasına diqtə etməməlidir, televiziyalar özləri bu zövqü diqtə etməlidirlər. Əks halda, ulusal mənəvi dəyərlər, dövlətçilik məfkurəsi ikinci plana keçə, efir məkanı nihilist kosmopolit müstəviyə çevrilə bilər”.

Foto: Bəhruz Məmmədovun şəxsi arxivindən

O, özəl kanalların reklama möhtac olmasını anlaşılan hesab etsə də, şəffaflığın vacibliyini əlavə edib:

“Dövlət büdcəsindən maliyyələşən telekanallar üçün zövq və məfkurə diqtə etmək daha asan olmalıdır. Söhbət maliyyələşməkdən düşmüşkən, bütövlükdə bu proses şəffaf olmalıdır”.

B.Məmmədov web kanallardan narazılığını gizlətməyib:

Açıq demək lazımdır ki, bu gün elə web telekanalları var ki, reklamı olmaya-olmaya çox ciddi resurslara malikdirlər və təbii ki, maliyyə mənbələri ciddi şübhə doğurur. Təsəvvür edin, dövlətdən, dövlətin məmurlarından şəffaflıq tələb edən bu kanalların özlərinin maliyyə mənbələri ciddi suallar doğurur. Təbii ki, onların haradan qidalandıqları, haradan tapşırıq aldıqları, kimin tapşırığı ilə dövləti hədəfə aldıqları aşağı-yuxarı bizə bəllidir. Bunlar muzdlulardır və nə insan haqları, nə media azadlığı onların düşünə biləcəyi məfhumlar deyil”.

İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc isə yerli telekanalların tamaşaçı itirdiyini qeyd edib:

“Yerli TV-lərə baxanların sayı 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə ən azı 10 dəfə azalıb”.

Zahid Oruc mövcud vəziyyətin səbəblərini “dərin və çoxşaxəli” adlandırıb:

“Onlardan biri, dünya TV təcrübəsində ən uğurlu proqram formatları yarada bilməmələri, verilişlərin yayım ənənəsi, ulusal xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır”.

Zahid Oruc. Foto: Meydan TV

“Artıq 10 illərlə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların TV-lərin əsas simasına çevrildiyini görürük, onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisinin yarıdan çoxunun “instaqram” izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında kifayət qədər zövqsüz və savadsız bir kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır”, -deyə deputat əlavə edib.

Deputat bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalmasını təsadüfi saymayıb:

Əksinə, düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin – müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil”.

Deputat Siyavuş Novruzov
Foto: Meydan TV

Oxşar mövqedən çıxış edən YAP-çı deputat Siyavuş Novruzov telekanallarda verilişlərə xüsusi diqqət edilməsinin vacibliyini vurğulayıb:

“Görürsən ki, 70 yaşlı kişini televiziyaya evlənməyə çağırırlar. Axı bizim ulusal mentalitemiz var, bu kimi hallar bizə ziddir. Rusiyada belə verilişlər var, amma onların mentaliteti fərqlidir, biz belə olmalı deyilik. Televiziyada evlənməkmi olar? Bizim ağsaqqalarımız da bunlara münasibət bildirməlidir. Bunlara nəvə, nəticə, uşaqlar baxır. Lap beş manat pul qazanırsız, Tanrı qəbul etsin. Amma xalqın zövqünü pozmayın”.

Müzakirələrdən sonrasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvləri təsdiqlənib.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button