YAP-ın qurultayı gözlənir
Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayının keçirilməsi gözlənir.
Bu barədə “Turan” agentliyinə partiya aparatından məlumat verilib.
Lakin agentliyin qurultayın məqsədi ilə bağlı sualı cavabsız qalıb. Üstəlik, partiya bununla bağlı, hələlik, rəsmi açıqlama yaymayıb.
Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən ilin martından kütləvi toplantılar dayandırılıb.
YAP-a ölkə prezidenti İlham Əliyev rəhbərlik edir.
Partiyanın sonuncu- altıncı qurultayı 2018-ci ilin fevralında növbədənkənar prezident seçkiləri ərəfəsində keçirilmişdi.
YAP 1992-ci ildə yaradılıb. Onun ilk sədri Heydər Əliyev bir il sonra Azərbaycanda hakimiyyət başına gəlib. Amma bu partiyanın birinci qurultayı ondan düz 6 il sonra, 1999-cu ilin dekabrında keçirilmişdi.
“24 saat” “YAP-ın qurultayı gözlənir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.