Siyasət

YAP-ın qurultayı: Siyasi Şura ləğv edildi

Ramiz Mehdiyev dönəmi rəsmən bitdi

Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayını keçirib. COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin qaydalarına zidd olaraq qurultay partiyanın qərargahında baş tutub və cəmi 2 saat yarımadək davam edib. Yalnız YAP sədri, ölkə prezidenti İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub. Qurultaya gələn Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun və mühafizəçisinin maskadan istifadə etməməsi də diqqətdən yayınmayıb.

“Report”un məlumatına görə, partiya sədrinin müavini Əli Əhmədov çıxış edib. Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış ediblər.

Qurultayda YAP-ın hesabatı dinlənilib, yeni Nizamnamə qəbul olunub. Qurultayda 40 nəfərdən ibarət İdarə heyəti formalaşıb. İndiyədək İdarə Heyəti 20 nəfərdən ibarət idi. Yeni İdarə Heyətində yer alan şəxslərin bir qismi bunlardır:

  1. İlham Əliyev
  2. Mehriban Əliyeva
  3. Tahir Mirkişili
  4. Cavid Osmanov
  5. Sadiq Qurbanov
  6. Hikmət Babaoğlu
  7. Elşad Mirbəşiroğlu
  8. Azər Badamov
  9. Şahin İsmayılov
  10. Ramin Məmmədov
  11. Kamal Cəfərov
  12. Əli Əhmədov
  13. Mübariz Qurbanlı
  14. Eldar İbrahimov
  15. Bahar Muradova
  16. Mixail Zabelin
  17. Vasif Talıbov

Yeni formalaşan İdarə heyətindən kənarda qalan şəxslər isə bunlardır:

  1. Hacıbala Abutalıbov – təqaüdçü
  2. Vaqif Əliyev – Mədəniyyət nazirinin I müavini
  3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru
  4. Akif Əlizadə
  5. Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)
  6. Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
  7. Yusif Hümbətov – “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri
  8. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
  9. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı
  10. Abel Məhərrəmov – akademik
  11. Siyavuş Novruzov – Milli Məclisin Regional məsələlər komitəsinin sədri (“Report.az”)

Qurultayda YAP-ın Siyasi Şurası ləğv olunub, Veteranlar Şurası yaradılıb. Şuranın sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanova olacaq. Ramiz Mehdiyev də Veteranlar Şurasına üzv seçilib.

1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button