2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

YAP qurultayının yubanma səbəbi – PARÇALANMA, YOXSA?..

Fevralın 8-də Yeni Azərbaycan Partiyası (YAP) növbəti qurultayını keçirərək, partiyanın sədri, hazırkı prezident İlham Əliyevin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədi olması barədə qərar qəbul etdi. Ancaq buna qədər də İlham Əliyevin namizəd olacağı partiyanın və hakimiyyətin yüksək ranqlı funksionerləri tərəfindən rəsmi şəkildə açıqlanmışdı. Baş nazirin müavini, YAP-ın sədr müavini və icraçı katibi Əli Əhmədov İlham Əliyevin namizədliyini hələ fevralın 1-də – növbədənlənar seçkilərin təyin edilməsi ilə bağlı prezident sərəncamından 4 gün əvvəl açıqlmışdı. Fevralın 5-də – seçkilərin növbədənkənar təyin edilməsi ilə bağlı sərəncamın verildiyi gün – Həmkarlar İttifaqı Konfederasiyasının qurultayında isə prezidentin köməkçisi Əli Həsənov İlham Əliyevin prezidentliyə namizəd olacağını rəsmi şəkildə bəyan etdi. YAP-da və hakimiyyətdə kifayət qədər səlahiyyətli şəxs olmalarına rəğmən qurultayın qərarı olmadan bu şəxslərin tələskınliklə namizəd açıqlaması diqqət çəkən məqamdır.

Digər diqqət çəkən məqam isə odur ki, namizədliyin açıqlanması ilə bağlı tələskınlik edən partiya qurultayın keçirilməsi məsələsində xeyli gecikməyə yol verib. YAP-ın nizamnaməsinə əsasən partiyanın qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Partiyanın bundan əvvəlki qurultayı 2013-cü ilin iyununda keçirilib. Nizamnamənin tələbinə görə, qurultay ən geci 2017-ci ilin iyununa qədər keçirilməli olduğu halda, 2018-ci ilin fevral ayına, yəni növbədənkənar seçkinin təyin edilməsindən bir neçə gün sonra baş tutdu.

Maraqlıdır ki, YAP-ın rayon təşkilatlarının qurultaya hazırlıqla bağlı konfransları da 2017-ci ilin iyun ayından sonrakı dövrə təsadüf edir. Ölkəboyu işlək mexanizmlərə malik, 25 ildir hakimiyyətdə olan bu siyasi partiyanın qurultayının az qala bir il gecikməsinin səbəbi səhlənkarlıq, imkansızlıq, yaxud idarətemə ilə bağlı problemlərdən qaynaqlana bilməz.

24saat.org saytına danışan ekspertlər bildiriblər ki, sayca altıncı qurultayın gecikmə səbəbi kimi YAP-ın namzədinin kim(lər) olması ilə bağlı hakimiyyət daxilində yekdil rəyin olmaması olub. Belə ki, artıq 4-cü dəfə seçkiyə gedən İlham Əliyevə xarici güclər tərəfindən ciddi problemlər yaradıla biləcəyi arqumentini irəli sürən hakimiyyətdaxili qruplardan biri birinci vitse-prezident Mehriban Əliyevanın da YAP-ın namizədi olmasını planlaşdırıb. Yəni YAP-ın 2 namizədlə seçkiyə getməsi və lazımi anda ikisindən birinin namizədliyini geri götürməsi nəzərdə tutulub. Ancaq bütün hallarda əsas namizədin İlham Əliyev şəxsində müəyyənləşdirilməsi də nəzərdə tutulub.

Ancaq hakimiyyət daxilindəki digər qrup qəti şəkildə bunun əleyhinə şıxıb və İlham Əliyevin tək namizəd olması üçün israr edib. Uzun müddətdir hakimiyyət daxilindəki qruplar arasında gedən “soyuq müharibə”nin əsas səbəbi də məhz bununla bağlıdır. Görünən odur ki, ikinci qrup “iki namizəd planı”nı sıradan çıxarmağa nail olub.
YAP-ın qurultayının gecikməsi də məhz bu amillə bağlı olması bildirilir.

Ancaq o da qeyd edilir ki, Mehriban Əliyevanın namizəd olmasını istəyən qrup da geri çəkilmək fikrində deyil və seçkiyə qədər onun namizəd olmasına nail olmağa çalışırlar.

Qeyd edək ki, 2016-cı ildə keçirilən referendumla konstitusiyaya edilən məlum dəyişikliklə vitse-prezident postunun yaradılması və M.Əliyevanın bu posta təyin edilməsi də məhz həmin qrupun planı ilə reallaşıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button