Loading...
Loading...
Xəbərlər

Yaxın üç gün ərzində meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti olacaq

Bakı/15.01.22 Bazar günü Bakıda Abşeron yarımadasında gecə səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək, bu barədə Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yaxın günlərdə cənub küləyi – “gilavar” tez-tez şimal küləyi – “xəzri” ilə əvəz olunacaq, bu, atmosfer təzyiqində ciddi dəyişikliklərə səbəb olacaq ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə səhər duman olacaq.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyə qədər şaxta olacaq. -06Â-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun