2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Yerevan Bakı ilə danışıqlara hazır olduğunu deyir

“Azərbaycana sülh müqaviləsi ilə bağlı 6-cı versiyanı təhvil vermişik”

Ermənistanın Azərbaycanla danışıqlara hazır olduğu bildirilir.

Bu barədə noyabrın 22-də Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması naminə səy göstərmək üçün siyasi iradəsini bir daha təsdiq etdiyi vurğulanıb:

“Biz münasibətlərin tənzimlənməsi üçün noyabrın 21-də Azərbaycana sülh müqaviləsi ilə bağlı 6-cı versiyanı təhvil vermişik”.

Ermənistan XİN əlavə edib ki, danışıqlar prosesinin dalana dirənməməsi və regionda davamlı sülhə nail olmaq üçün Yerevan sazişlə bağlı öz müşahidələrini Bakıya çatdırıb:

“Biz yenidən danışıqlarda iştirak etməyə hazırıq”.

Eyni zamanda, nazirlik danışıqlar zamanı Ermənistanın əsas götürəcəyi bir neçə prinsipin adını çəkib:

Bu, ölkələrin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması, Alma-Ata Bəyannaməsi və ən son Sovet xəritələri əsasında delimitasiya prosesinin gələcəkdə həyata keçirilməsi, ölkələrin suverenliyinə hörmət əsasında regional kommunikasiyaların açılmasıdır”.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 21-də rəsmi Bakının sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu bəyan edib.

“Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır”, – bəyanatda bildirilib.

Nazirlik Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərini 2 ay yarım yubatdığını vurğulayaraq əlavə etmişdi ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir:

Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. İnanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir.

İkinci Qarabağ münaqişənin qısa xronikası

 2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Bu il sentyabrın 28-də Qarabağda fəaliyyət göstərən separatçı rejimin rəhbəri Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Dövlət başçısı Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Prezident Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button