2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Yerevan sərhədin delimitasiyasına hazır olduğunu bildirir

Bakı/03.09.21 Ermənistan demarkasiya və delimitasiya işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycanın reaksiyasını gözləyir. Bu barədə cümə günü keçirilən brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Ermənistan demarkasiya və delimitasiya işlərinə hazırdır. Biz artıq bunu açıq şəkildə bildirmişik. Hazırda heç bir iş həyata keçirilmir. Biz Azərbaycandan cavab gözləyirik”, deyə Qriqoryan bildirib. Təhlükəsizlik Şurasının katibi Azərbaycanın müsbət cavab verəcəyinə və sərhəddə böhranın mümkün qədər tez həll edilməsi üçün ən qısa müddətdə demarkasiya və delimitasiya işlərinə başlamağın mümkün olacağına ümid edir, deyə Ermənistan KİV-ləri Qriqoryandan sitat gətirir.

Qeyd edək ki, Yerevan “Azərbaycan qüvvələrinin Ermənistan ərazilərindən çıxarılmasını” tələb edərək, həmçinin “erməni əsirlər azad edilənə qədər” sərhədin delimitasiyasını qeyri-mümkün hesab edərək, sərhədin delimitasiyası mümkünlüyünü təkzib edirdi. Yerevanın mövqeyinin dəyişib-dəyişmədiyini yaxın gələcək göstərəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi Bakı hələlik Qriqoryanın bəyanatına reaksiya verməyib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button