2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yerli sakinlər: Son həftələr az qala hər gün atışma səsinə oyanırıq

Azərbaycanın Müdafiə Nazirliyi, Naxçıvan istiqamətində mövqelərininin yenidən atəşə tutduğunu bildirir.

Nazirliyin yaydığı məlumata görə, avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələri öz mövqelərindən, Azərbaycan ordusunun Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

MN qeyd edir ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan, yaralanan yoxdur, qarşı tərəfə cavab verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasındakı sərhəddə, daha çox da Naxçıvan istiqamətində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir.

Yerli sakinlər son vaxtlar atışmaların intensivləşdiyini deyirlər.

Naxçıvanın Ermənistanla sərhəddə yerləşən Heydərabad qəsəbəsinin sakinləri deyirlər ki, son həftələr az qala hər gün atışma səsinə oyanırlar. Azadlıqradiosuna telefonla danışan yerli sakinlər bildiriblər ki, hər gün kənddə qarşı təpələrdən atışma səsi eşidilsə də qəsəbədə həyat öz axarında davam edir:

“Atırlar, qorxudurlar. O yandan atəş açırlar, bu yandan atırlar. İndi axşam bir də başlayacaq. Axşam başlayırlar, gecə atırlar. Biz də narahat oluruq. İndi sakitçilikdir. Narahat oluruq deyəndəki öyrənmişik. 44 günlük müharibə vaxtı elə bil ki, alov tökülürdü. Biz də evdə oturmuşduq, heç yana gedə bilmədik. Bizim evin ikinci mərtəbəsindən baxanda düz erməni kəndləri görsənir. Gecə də olanda işıqları yanır, hamısı görünür”.

Azərbaycanın müdafiə nazirliyinin gündəlik xəbərlərində Naxçıvanda Sədərək rayonu istiqamətində mövqelərin atəşə tutulduğunu bildirir. Amma Ermənistan rəsmi məlumatlarında atəşkəsi Azərbaycanın pozuduğunu bildirir.

Naxçıvanın Şərur şəhərində yaşayan həkim Eldostu Mehdiyev deyir ki, iki gün əvvəl ermənistanla sərhədə yaxın Sədərək rayonuna gedib. Orda sakinlər deyiblər ki, yaşayış məntəqlərinin deyil, əsasən hərbi mövqelər atəşə tutulur:

“Atışmalar səngərlər arası gedir, bizim əsgər, onlarınkını atır. İntensivdir, dayanmır. Bu gün də atəş açılıb, dünən də, sırağa gün də. Yəni, hər gün olur. Amma belə ciddi bir atışma yoxdur. Nə Sədərəyə, nə Heydərabada bir dənə də güllə atılıb. Elə bir hal yoxdur. Adətən, atışma vaxtı Sədərəklilər, yerli camaat arvad-uşağı gətirirdilər bizim rayona, qohumların evinə. Bu gün elə bir hadisə olmayıb ki, kimsə evindən çıxıb, gəlsin. Marşurut, avtobuslar da işləyir. Gömrük tam gücü ilə işləyir. Sədərəyin içindən keçir”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan keçən ilin payızında 44 günlük müharibədən sonra noyabrın 10-da atəşkəs razılığı imzalasalar da, son aylar daha çox Naxçıvan, Kəlbəcər və bəzi hallarda Qarabağda erməni yaşayış məskənləri ilə Azərbaycan ordusu arasında atışmalar baş verir. Bəzi hallarda hər iki tərəfdən əsgərlər arasında itkilər də olur. Bakı ilə Yerevan atəşkəsin pozulmasına görə bir-birini ittiham edirlər.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button