Xəbərlər

Yoluxmada  gündəlik göstərici


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

1099 yeni yoluxma faktı qeydə alınıb,  virusa yoluxanlardan 647 nəfər sağalıb. 

Bu məlumatı aprelin 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 34 nəfər də vəfat edib: 

“İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir”. 

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar  ölkədə 6763, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 935 min  718 test aparılıb. 

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

24 saat” “Yoluxmada  gündəlik göstərici” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button