2023-03-12 08:00:22
Afinanın Eksarhia rayonunda yemək yediyi restoranın qarşısında naməlum şəxslər tərəfindən döyülən Varufakisin burnunun qırıldığı məlum olub. Mera25, Varufakisin “faşist” hücumuna məruz qaldığını bildirərkən, siyasi lider Twitter-də “Yaxşıyam, mən deyil, qatar qəzası qurbanlarına diqqət edək” mesajını verdi.
PREZİDENT REAKSIYA VERDİ
Yunanıstan prezidenti Katerina Sakellaropoulou da tvitter hesabında “Bizim demokratiyada zorakılığa yer yoxdur. Bu, bizim institutlarımızı və dəyərlərimizi təhqir edir, birliyimizi korlayır”. Varufakis 2015-ci ildə keçirilən ümumi seçkilərdə SİRİZA deputatı kimi parlamentə daxil olub və maliyyə naziri vəzifəsində çalışıb. İqtisadi idarəçiliklə bağlı fikir ayrılıqlarına görə SİRİZA-dan ayrılan Varufakis 2018-ci ildə Mera25-i qurdu və 2019-cu ildə keçirilən ümumi seçkilərdə 3,44 faiz səs topladı.
Tərcümə“24 SAAT”